Yer | Azadlıq meydanı, Bakı, Azərbaycan |
---|---|
Koordinatlar | 40°22′21″ şm. e. 49°51′12″ ş. u.HGYO |
Tutum | 28,000 |
FIA Sinfi | 1 |
Memar | Hermann Tilke |
Əsas hadisələr | FIA Formula-1 2016 Formuala 1 Avropa Qran Prisi GP2 Seriyası 2016 2017 Formula 1 Azərbaycan Qran-prisi 2018 Azərbaycan Qran-prisi 2019 SOCAR Formula 1 Azərbaycan Qran-prisi 2021 Formula 1 Azərbaycan Qran-prisi |
Uzunluğu | 6.003 km (3.730 mi) |
Dövrələr | 51 |
Bakı Şəhər Halqası (ing. The Baku City Circuit)[1] — Bakı şəhərində, Dənizkənarı Milli Park yaxınlığında yerləşən motor yarışması dairəsi.[2] 2016-cı ildən bu dairədə Avropa Qran Prisi və əlaqəli yarışların keçirilir.[3]
2013-cü ilin dekabrında Formula 1 prezidenti və baş direktoru Berni Ekklstoun bu yolda yarışmanın 2016-cı ildən keçirilməsinə başlanacağını açıqlasa da, sonradan Koreya Qran Prisinin müqavilə şərtlərinin pozulmasına görə yarışma tarixinin 2015-ci ilə keçirilməsini bildirmişdi.[4][5][6] Lakin, 2014-cü ilin iyulunda yarışmanın 2016-cı ildən etibarən keçiriləcəyi xəbər verilmişdir.[7]
Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilmişdir.[8] Azadlıq meydanından başlayan yol Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km (1.4 mi) dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür.[7][9] Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.[10][11][12]