Balıkəsir Universiteti | |
---|---|
Balıkesir Üniversitesi[1] | |
Əsası qoyulub | 1992 |
Ölkə | |
Sayt | balikesir.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Balıkəsir Universiteti (türk. Balıkesir Üniversitesi) — Türkiyənin Balıkəsir şəhərində fəaliyyət göstərən dövlət universiteti.[3] 1992-ci ildə yaradılmışdır.
Balıkəsir Universitetinin təməli 1910-cu ildə qoyulan Karesi Müəllimlər məktəbinə gedib çıxır. Balıkəsir Dövlət Mühəndislik Akademiyası, Balıkəsir İdarəetmə və Turizm kolleci və Balıkəsir kolleci universitetin yaradılması üçün mühüm rol oynamışdılar.
1982-ci ildə 41 saylı fərmanla adı və statusu dəyişdirilən bu qurumlar Uludağ Universiteti adı ilə fəaliyyət göstərməyə məcbur idilər. Necati Təhsil İnstitutu 1981-ci ildə dörd illik “Ali Müəllimlər Məktəbi”nə çevrilmişdir. 1982-ci ildə bu qurum Necatibey Təhsil Fakültəsi adlandırıldı.
Uludağ Universiteti adı ilə fəaliyyət göstərən bu qurumlar sağlam və sabit inkişaf yolu ilə Balıkəsir Universiteti üçün möhkəm bir infrastruktur yaratmışdılar. Balıkəsir Universiteti 11 iyun 1992-ci il tarixli, 21281 saylı rəsmi jurnalda dərc edilən 3837 saylı qanuna əsasən qurulmuşdur.
1 yanvar 1993-cü ildən etibarən Balıkəsir Universiteti fəaliyyətini davam etdirir.
Balıkəsir Universitetinin loqotipindəki ağ liliya şəhərin simvoludur. Mavi rənglər şəhərin sahilindəki Egey və Mərmərə dənizlərini, yaşıl rənglər isə şəhərin yaşıl görünüşünü təmsil edir.
Aşağıda sadalanan bölmələr şəhərin kənarındakı əsas Çağış kampusunda yerləşir:
Şəhərin mərkəzində yerləşən NEF kampusu universitetin ilk yerləşdiyi yerdir. Burada fəaliyyət göstərənlər: