Balina köpəkbalığı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
???: Balina köpəkbalığı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Balina köpəkbalığı (lat. Rhincodon typus) — Orectolobiformes dəstəsinin balina köpəkbalıqları fəsiləsindən balıq növü.
40 ölkədən olan ekspertlər qrupu balina köpək balıqlarının mühafizəsi üçün bir araya gəliblər. Qeyd edək ki, bu növ planetin ən iri balıqlarıdır. Bu haqda Meksikanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən məlumat yayılıb. Atlantik, Hind və Sakit okean tropik sularının sakinləri olan balina köpək balıqları Karib dənizinin Meksika sahillərində məskunlaşıblar. Bir çox turistlər istirahət adası olan Xolboşun yaxınlığındakı yerə suda bu canlıların ətrafında üzmək üçün gəlirlər. Bu nəhəng balıqların uzunluğu 15 metrə, kütləsi isə 20 tona yaxın olur.
Bu balıq növünün problemlərinə həsr olunmuş konfransda iştirak edən mütəxəssis – ixtioloq və ekoloqlar avqust ayının 30-u Beynəlxalq Balina Köpək balığı Günü elan olunması ilə əlaqədar razılığa gəliblər. Onların bu qərara gəlmələrində məqsəd, nəsli kəsilmə təhlükəsi olan bu növə insanların diqqətini cəlb etməkdir.
Meksika Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatında qeyd olunur ki, ölkə rəhbərliyi “Yum Balam” ekoloji zonasının sərhədlərini genişləndirmək istəyir.