Balinaovlayan gəmi[1] — xüsusi olaraq balina ovunu həyata keçirmək məqsədilə inşa edilən gəmi.
Balinaovlayan gəmi 65 m uzunluğa, 9,5 m enə malik olur. Bu tip gəmilər 916 ton yük götürmə qabiliyyətinə malikdir. Gəmilər əsasən ilk əvvəllər buxar mühərrikləri sonradan isə dizel mühərrikləri ilə təhciz edilirlər. Bu mühərriklər 3870 kVt güçə sahibdirlər (5260 at güçü). 18–20 uzel sürətə və əla manevr qabiliyyətinə malikdir. Gəmi müvafiq olaraq qarpun silahı, kompressor, naviqasiya cihazları, kanat və axtarış cihazlarına sahibdir.