Bambukkimilər

Bambukkimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bambusoideae (lat. Bambusoideae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki yarımfəsiləsi.

Əksəriyyəti gövdəsi oduncaqlaşmış kökümsovlu çoxillik bitkilərdir. Hündürlüyü 40 m-dən artıq, diametri 30 sm-ədək olur. Yarpaqları qınlı və qısasaplaqlı, çiçəkləri 6 erkəkciklidir. Bambukkimilər hər il, ya da xeyli fasilədən sonra çiçəkləyir. Bir çox bambukkimilərdə çiçəklənmədən sonra bütün fərdlərin yeraltı hissələri eyni vaxtda məhv olur (bəzən böyük ərazidə). 50 cinsi və 600 növü, əsasən, Cənub-Şərqi Asiyanın tropikləri və subtropiklərində və Malayya arxipelaqında bitir. AfrikaAmerika qitəsində azdır. Avropada isə yoxdur. Bambukkimilərin oduncaqlaşmış iri gövdəsindən ev və körpü tikilir, su kəməri çəkilir, mebel, zənbil, həsir pərdələr hazırlanır. Bəzilərinin cavan zoğları və toxumu yeyilir. Bəzi növlərinin özəyindəki şirədən bambuk şəkəri alınır.