Ümumi sayı | |||
---|---|---|---|
22 min | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
İrqi | |||
Avropoid | |||
Dini | |||
Mənşəyi | |||
Bolqarıstan | |||
Qohum xalqlar | |||
Banat bolqarları və ya Palçane — Banat vilayətində yaşayan bolqarların etnik qrupu. Yazılı ədəbiyyatda banat-bolqar dilindən istifadə edirlər. Banat bolqarlarının çoxu Pavlikanlar hərəkatının üzvü olmuşların törəmələridir[1]. Yazıda latın əlifbasından istifadə edirlər. Banat bolqarlarının böyük əksəriyyəti katolikdir.
Mədəni anlamda banat bolqarları 1866-cı ilə qədər xorvatların təsir dairəsində olmuşdur. Onların kilsə xadimlərinin böyük əksəriyyəti xorvat idi, üstəlik uşaqları xorvat dilində təhsil alırdı. Bununla belə məhs bu dövrdə xorvat və macar latın əlifbası əsasında banat danışığına uyğun əlifba tərtib edilir. Bu işdə maraqlı olan müəllimlər (bolqar və alman) kitabları tərcümə edir, dərsliklər tərtib edir və yerli ləhcədə qəzet buraxırdılar.
Ancaq 1899-cu ildə Macar hakimiyyəti ölkədə macvar dilinin məcburi şəkildə tətbiqinə və yerli ləhcələrin qadağan olunmasına başlayır. Bu kimi addımlar Birinci Dünya müharibəsinin sonuna qədər davam edir. Bundan sonra isə bölgədə rumın və serb mdəniyyətinin təsiri güclənir. 1930-cu illərdə "Banat bolqarlarının xəbərləri" adlı qəzet işıq üzü görür. Burada bədii ədəbiyyatdan tərcümələr nəşr edilir, yerli dialektdə orijinal şeirlər və hekayələr nəşr olunurdu. 1947-ci ildən Runımiya hakimiyyəti bolqarlara məktəblərdə ana dilində təhsil almalarına icazə verir[1].
Banat bolqarlarının musiqisi bir çox şifahi və musiqili xüsusiyyətləri ilə bolqar xalq musiqisinin ayrı bir şöbəsi kimi təsnif edilir. Onların musiqisinə rumın, serb, macar musiqisi böyük təsir göstərmişdir. Nəticədə bolqar kolyadları şəhər tipli mahnılarla əvəz edilmişdir. Roma katolik kilsəsinin qanunları müəyyən dərəcədə mahnı tiplərinə də öz təsirini göstərmişdir[2] Banat bolqarları bir çox bolqar bayramlarını qoruyub saxlasalarda, digər qonşu xalqların bayramlarını da mənimsəmişlər[3]. Ən məşhur bayramlarından biri Faršángji və ya karnavaldır.[4]. Banat bolqarları qonşu xalqların rəqslərinə də maraq göstərmişlər. Məsələn: macarların Çardaş rəqsi[2].
1845-ci ildə Banat bolqarları Telepa yaşayış məmntəqəsini salmışlar. Hansı ki, Trianon sülh müqaviləsindən sonra bu bölgə müasir Rumıniyanın ərazisinə düşmüşdür. Bundan başqa onlar Banatda digər yaşayış məskənlərinində əsasını qoymuşlar.