Bankə[1] (alm. bank və ya nid. bank) — okeanda yerləşən və dərinliyi yaxınlıqdakı sahələrə nisbətən olduqca az olan əraziyə deyilir.
Okeanlarda bankələr əsasən mərcan və ya vulkanik mənşəli olur. Dənizlərdə isə bu tip coğrafi obyektlər əsasən transqressiya nəticəsində yaranır. Burada bankə quru relyef formasının qalığıdır. Əgər atoll suyun dibinə enirsə, bu zaman buna sualtı bankə deyilir. Buna isə elmi dildə kayot deyilir (enmiş atoll).
Bankələrdə dəniz və okeanların zəngin bioresursları yerləşir. Bura dəniz balıqçılığının mühüm sahəsidir.
Böyük sahəyə malik bankə əraziləri:
- Böyük Nyufaundlend bankəsi — 282500 km²
- Böyük Baham bankəsi — 95 797,12 km² (ada nəzərə alınmadan)
- Saya-de-Mlaya — 35 000 km² (Şimal bankəsi istisnadır, ən aşağı dayazlığı 7 m)
- Selşel bankəsi — 31 000 km² (266 km² sahəyə malik adalar)
- Corces bankəsi — 28800 km²
- Lansdoun — 21 000 km² (Yeni Kolodoniyadan qərbdə, dərinliyi 3,7 m)
- Doqqer bankəsi — 17 600 km² (dərinliyi 13 m)
- Kiçik Baham bankəsi — 14 260,64 km² (adalar nəzərə alınmadan)
- Böyük Çakos bankəsi — 12 642 km² (ada daxil olmaqla, 4,5 km²)
- Rid bankəsi — 8866 km² (Spartli adaları, dərinlik 9 m)
- Kaykos bankəsi — 7680 km² (Kaykos adaları, adalarda daxil, 589,5 km²)
- Makklsfild — 6448 km² (Parasel adaları, dərinlik 9,2 m)
- Şimal bankəsi və ya Riçi bankəsi — 5800 km² (ən dayaz yeri 10 m)
- Key Sol bankəsi — 5226,73 km² (Baham adaları ilə birlikdə, 14,87 km²)
- Rozalind bankəsi — 4500 km² (dərinlik 7,3 m)
- ↑ Azərbaycan Dilinin İzahlı Lüğəti // I CİLD, 219 səh.// 2006 il