Özünüadlandırma | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Maqӏarulal | |||||||||
Ümumi sayı | |||||||||
1000 - 10 000 | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dili | |||||||||
Dini | |||||||||
Baqulallar, və ya baqvalallar, baqvalilər , kvanadilər – Rusiya Federasiyasında, Dağıstan Respublikasında andi xalqlarından biri, avarların subetnosu hesab olunur.[3][4][5] Sayları 6 min nəfərdən çoxdur (2002). Boqos dağ silsiləsinin şimal yamaclarında, Tsumada rayonunun Xuştada, Çalo, Talitel, Tlenxori, Tlondoda, Kvanada, Qimerso kəndlərində, eləcə də Axvax rayonunun Tlibişo və Tlisi kəndlərində yaşayırlar. Həmçinin Qızılyurd rayonunun Çalo və s. kəndlərində, eləcə də Xasavyurd və Qızlar rayonlarında məskunlaşmışlar. Baqulal dilində danışırlar, avar və rus dilləri də yayılmışdır. Dinləri islamdır.
1926-cı ilin siyahıya alınmasına görə SSRİ-də 3054 baquqallar yaşayırdı[6]. SSRİ-də keçirilən sonuncu siyahıya alınmada baqulallar ayrıca etnik qrup kimi nəzərə alınmamış və avarların tərkibinə aid edilmişdir. 1958-ci ilin məlumatlarına görə onların sayı 4500, 1967-ci ilin məlumatlarına görə isə baqulalların sayı 4 min nəfər olmuş[7]. 2002-ci ili siyahıya alınmanın nəticəsinə görə Rusiyada cəmi 40 baqulalı yaşayırdı. Digərləri etnik qrup halında avarların tərkibinə daxil edilmiş.[8]
Baqulallar ayrıca özlərini adlandırmırlar. Baqvallar etnonimi avarlara məxsusdur. Didoy ittifaqına (Sez xalqları) daxil idilər. XV əsrdə ittifaqın parçalanmasından sonra mərkəzi Xuştada kəndi olan Baqulal ittifaqında birləşmişlər. XIV əsrdə islamı qəbul etmişlər. 1921-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasınin tərkibinə daxil edilmiş.
Ənənəvi mədəniyyətləri Qafqaz xalqları (Asiya) üçün səciyyəvidir. Ortasında ocağı olan birmərtəbəli, birkameralı evlər; kişi yığıncaqları -qyorkyorux, hərfi mənada kişi evi mövcud olmuşdur. Qadınların ənənəvi geyimlərində qara rəng üstünlük təşkil edir. Yun, toxuculuq, mahudçuluq, keçəçilik, corabtoxuma, gümüş, silah, kişi kəmər dəsti, qadın bəzəkləri emalı, daş üzərində oyma - qəbirüstü daşlar inkişaf etmişdir. Folklor janrlarından nağıllar, nəğmələr-lirik, mərasim, məişət, əmək, tarixi, qadın və kişi qruplarının ifa etdiyi rəqslər: xarazul, qyikaba, eşalub və s. məlumdur.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.