Baradla mağarası

Baradla mağarası
mac. Baradla–Domica-barlangrendszer
Mağaranın daxilindən görünüş
Mağaranın daxilindən görünüş
Ümumi məlumatlar
Uzunluğu 25500 m
Tipi karst
Yerləşməsi
48°25′35″ şm. e. 20°30′00″ ş. u.HGYO
Ölkə  Macarıstan
Baradla mağarası xəritədə
Baradla mağarası
Baradla mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baradla mağarası (mac. Baradla–Domica-barlangrendszer) — Macarıstanın ən uzun və tədqiq edilmiş mağaralarından biri. Aqqtelek karstının bir hissəsi olub uzunluğu 25,5 km-dən çoxdur və 5.3 km uzunluğundakı Domika mağarası ilə birlikdə Baradla-Domika mağara sistemini əmələ gətirir. Mağara stalaktitləri ilə məşhurdur.

Mağara sisteminin təbii girişi Aqqtelek kəndində — kəndin kənarına tərəf baxan ağ yarğanın ayağında yerləşir. Onun buğumlu və əyri-üyrü əsas kanalı daş tunel və bir neçə nəhəng mağara ilə birlikdə 10 m genişliyində və 7–8 m hündürlüyündədir. Əsas qolu bir neçə qısa və uzun qollarla əlaqələnir. Mağaranın əsas hissəsində misilsiz mənzərə yaradan, müxtəlif rəngli və ölçülü stalaktitlər yerləşir. Mağarada yerləşən yeraltı çay isə daşqınlar vasitəsilə qidalanır. Mağaraya olan təbii girişlər qədim zamanlarda açılmışdır və burada Neolitik dövrün izləri tapılmışdır.

Mağara haqqında ilk qeydlər 1549-cu ilə aiddir. Mağaranı ilk dəfə 1794-cü ildə Cozef Sartori öyrənmişdir. 1825-ci ilə qədər yalnız 1,8 km-lik hissəsi öyrənilmişdir. Bu hissə ilk dəfə 1802-ci tədqiq edilmiş və mağaranın ilk xəritəsi tərtib edilmişdir. 1825-ci ildə mühəndis İmre Vass mağaranı əsas kanal boyunca 5 km daha öyrənmiş, dəqiq və izahlı xəritə düzəltmişdir. Onun bu işi 1831-ci ildə macar və alman dillərində nəşr olunmuşdur.

Mağarada turist gəzintilərini asanlaşdırmaq üçün ilk addımlar 1806-cı ildə atılmışdır. 1890-cı illərdə Qırmızı göl çıxışları qurulmuşdur və mağaranın növbəti dəfə öyrənilməsi 1927-28-ci illərdə baş tutmuşdur.

1995-ci ildə Baradla mağarası Aqqtelek və Slovak karstına daxil olan digər mağaralarla birlikdə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. Domikaval bataqlığı ilə birlikdə bütün mağara sistemini qorumaq 2001-ci ildə əsas mövzu olmuşdur. Mağaranın daxil olduğu Aqqtelek Milli Parkını ildə minlərlə turist tərəfindən ziyarət olunur.

İllər üzrə ziyarətçi sayı

[redaktə | mənbəni redaktə et]
İl 1881 1882 1883 1884 1885 1886 1887 1888 1889 1890 1891 1892 1893 1894 1895
Ziyarətçi sayı 355 434 408 352 281 411 363 508 420 602 370 562 505 704 643
İl 1896 1897 1898 1899 1900 1901 1902 1903 1904 1905 1906 1907 1908 1909 1910
Ziyarətçi sayı 456 526 846 857 1 063 972 1.003 903 1.067 866 943 1.040 1.195 1.317 1.264
İl 1911 1949 1950 1951 1952 1953 1954 1955 1956 1957 1958 1959 1960 1961 1962
Ziyarətçi sayı 1.224 6.300 20.871 20.600 22.000 28.000 36.500 42.000 40.141 36.651 76.824 100.839 108.000 116.644 109.667
İl 1963 1964 1965 1966 1967 1968 1969 1970 1971 1972 1973 1974 1975 1976 1977
Ziyarətçi sayı 123.292 101.681 97.402 93.261 108.273 128.974 143.377 140.452 157.010 173.377 194.727 196.716 209.297 202.836 223.524
İl 1978 1979 1980 1981 1982 1983 1984 1985 1986 1987 1988 1989 1990 1991 1992
Ziyarətçi sayı 247.544 239.659 226.290 241.098 239.957 205.309 219.396 219.230 236.016 241.131 200.904 186.278 183.863 147.772 160.910
İl 1993 1994 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007
Ziyarətçi sayı 172.973 178.754 171.925 172.649 178.215 181.787 178.588 173.885 185.478 164.139 159.607 127.655 149.629 137.482 140.044