Baranov adası | |
---|---|
ing. Baranof Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 4162 km² |
Uzunluğu |
|
Eni | 48.280,32 m |
Sahil uzunluğu | 993 km |
Hündür nöqtəsi | 1643 m |
Əhalisi | 8.532 nəfər (2000-ci il) |
Yerləşməsi | |
56°57′05″ şm. e. 134°56′52″ q. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Baranov adası (ing. Baranof) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. 1805-ci ildə kapitan Yuri Lisyanski tərəfindən Aleksandr Baranovun şərəfinə adlandırılmışdır[1]. Orada yaşayan Tlinqit hinduları onu Sheet’-ká X'áat’l (çox vaxt sadəcə "Şi") adlandırırlar. Admiralteyski və Çiçaqov adaları ilə birlikdə "ABC adaları" adlanan adaları əmələ gətirir. 2000-ci ildə əhalinin sayı 8532 nəfər olmuşdur.
Adanın sahəsi 4162 km², maksimum uzunluğu təxminən 160 km, eni isə 50 km-dir. Bu Aleksandr arxipelaqının ən dağlıq adası və Alyaskanın səkkizinci ən böyük adasıdır. Dünyanın ən böyük adaları siyahısında 135-ci yerdədir.
Adanın demək olar ki, bütün ərazisi inzibati cəhətdən şimalda Çiçaqova adasına qədər uzanan Sitka şəhərinin məhəlləsinin bir hissəsidir. Adanın Sitkaya aid olmayan yeganə hissəsi Port-Aleksandr şəhərinin yerləşdiyi uzaq cənub-şərqdə kiçik bir torpaq zolağıdır (9,75 km²). Şərq sahilində Vorm Sprinqz, Port Armstronq və Port Valter şəhərləri vardır. Tərk edilmiş Qoddard şəhəri Sitkadan 25 km cənubda yerləşir.
Adanın ilk ağ tədqiqatçıları rus dənizçiləri olur. 1799-cu ildə adada ilk qəsəbə Rusiya-Amerika şirkətinin qubernatoru Aleksandr Baranov tərəfindən inşa edilmişdir. Tlinqitlər üzərində qələbədən sonra ada 1804-cü ildən 1867-ci ilə qədər Şimali Amerikada rusların fəaliyyətinin mərkəzi idi və heyvan tacirlərinin qərargahı da orada yerləşirdi. 1867-ci ildə Rusiya Alyaskasının satışı haqqında müqaviləyə əsasən ada ABŞ-nin bir hissəsi olur.
Təxminən 1900-cü ildə adanın şimalında konserv fabrikləri, balina ovu stansiyaları və xəz fermaları qurulur. Onların əksəriyyəti İkinci Dünya müharibəsinin əvvəlində tərk edilir. Bu tikililərin qalıqları bu gün də tərk edilmiş vəziyyətdədir.
Adada üç qızılbalıq ferması var, biri Port Armstronq yaxınlığında, biri Vorm Sprinqzin şimalında və biri Medvejıe gölü yaxınlığında yerləşir.
Qonur ayıları və qara quyruqlu maralın (Odocoileus hemionus sitkensis) xüsusi yarımnövü ilə də məşhur olan adada balıqçılıq, balıq emalı və turizm əsas gəlir mənbəyidir.