Barcil

Barcil
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 731
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti hərbi lider[d]

Barcil (İdil731) — Xəzər xaqanının oğlu, sərkərdə.

Xəzərlər Azərbaycan ərazisində tez-tez görünürdülər. Xəlifə Yezid ibn Əbd əl-Malik 722–723-cü illərdə böyük ordu ilə Ərdəbilə qədər irəliləmişdi. Xəlifənin ordusu xəzərlər tərəfindən məhv edilmiş, xəzərlər böyük qənimət əldə etmişdilər. bu döyüşdə Barcil də iştirak etmişdi.

İlk dəfə adı 722-ci ilə aid qaynaqlarda hallanır. Ərəb valisi Əl-Cərrah ibn Əbd-ül-Lah əl-Həkəmi Xəzər xaqanlığına hücum edərkən onu qarşılayıb vuruşmuşdu.

726/727-ci illərdə Xəzərlər xaqanın oğlunun, barcilin başçılığı altında yenidən Azərbaycana daxil olmuş, ancaq ərəblərin güclü müqaviməti ilə rastlaşıb geriyə çəkilməyə məcbur olmuşdular. Araz çayı sahilində, Varsanda güclü döyüşlər gedərkən Barcilin qoşunu böyük itki verib geri çəkilmişdilər. Ərəb ordusuna əl-Haris ibn Əmr başçılıq edirdi.

730-cu ildə Xəzər xaqanının oğlu Barcil Ərdəbilə qədər irəliləyərək ərəbləri məğlub edir və vali Hikəmi öldürülür. O, 731-ci ildə ölür. Ərəblərin Xəzər ölkəsində ən böyük qələbəsini AzərbaycanƏrməniyyənin valisi Mərvan ibn Məhəmməd 737-ci ildə əldə edir. Mərvan 150 minlik ordu ilə İtil şəhərinə yürüş edir və ardınca ərəblər qoşunun bir hissəsini Dəryal keçidi, digərini Dərbənd yolu ilə keçirdərək Səməndər şəhərinə hücum edirlər. Xaqan İtilin qarşı tərəfinə keçərək tarxanlardan ibarət 40 minlik qoşun ilə mübarizə aparmağa çalışsa da, məğlub edilir və Mərvan 20 min ailəni əsir alaraq Dərbəndə tərəf sürgün edir. Məcbur qalan xaqan sülh sazişi bağlayır. Sülhün şərtlərinə uyğun olaraq Mərvan xaqanın İtilə qayıtmasına icazə verir, eyni zamanda xaqanlıqda islam dinini yaymaq üçün iki hüquqşünası (Sabit əl-Əsədi və Əbdürrəhman Hulanü) orada saxlayır. 765-ci ildə xəzərlər 30 il əvvəlki məğlubiyyətin qisasını alaraq 100 minlik ordu ilə Azərbaycan və Ərməniyyəyə girərək 100 minlik müsəlmanı əsir alırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]