Vokal diapazonları |
Bariton (it. baritono, q.yun. βαρύτονος — aşağı səs βαρύς) — Yunan sözü olan "barytonos" - tərcümədə "ağır" mənasında işlənir. Bu səsə belə ad verilməsi təsadüfi deyil. Gözəl, dolğun bariton səsinə malik olan opera müğənniləri, adətən, ifadəli, qəhrəman xasiyyətli rolları ifa edirlər.
Bariton səsinin diapozonu böyük oktavanın lyab səsindən birinci oktavanın lyab səsinədək davam edir.
Bariton səsli müğənnilərdən Müslüm Maqomayev, Andrey Sereda, İvan Doroşşuk, Yevgeni Kibkalo, Georq Ots və b. göstərmək olar. Görkəmli italyan müğənnisi Titt Ruffo bütün dünyada geniş şöhrət qazanmış baritonlardan olmuşdur.
Bariton - Bizenin "Karmen" operasında toreodor Eskamilyo, Rubinşteynin "Demon" operasında Demon, Çaykovskinin
"Yevgeni Onegin" operasında Yevgeni Onegin, Qunonun "Faust" operasında alentin, Verdinin "Riqoletto" operasında Riqoletto... Nə qədər müxtəlif opera qəhrəmanları, nə qədər müxtəlif xasiyyətli rollar! Bu rollar hamısı bariton - bas və tenor arasında səslənən orta qalınlıqda kişi səsi üçün yazılmışdır.