Barqutlar

BarqutlarMonqol dilli tayfa. Əsasən Daxili Monqolustanda və Çində yaşayırlar. Mədəniyyətcə BuryatlaraXorçinlərə yaxındırlar.

IXXIII əsrlərdə barqutlat Kurıkanları qovub, Baykal ətrafına yiyələndilər. XIII əsrdə onlar başqa tayfalarla bərabər Barqucin Tokumda ümummonqol dövlətinin tərkibinə daxil oldular. Barqutlar Çingiz xanın etibarından yararlanıb, bir çox vəzifələrə yiyələndilər. Temuçinin özəl qvardiyası olan keşikdə xeyli bu tayfanın üzvüləri vardı.[1].

«Barqut» etnonimi birbaşa və yaxud bilavastə «barqu», «kənar» sözündən qaynaqlanır. Barqutların Baykal gölünün şərqində torpaqları vardı. Monqollar həmin sahəni Barqucin Tokum adlandırırdılar. Barqucin tokum — «kənar yer, sərhəd yurdu»,[2], Və yaxud «barqu[tlar] torpağı» demək idi.[3]

Bu ad Daxili Monqolustanda barqutlar (barqa), Turqut, ölət və özbəklərdə burut, noğaylarda burkıt, tuvalılarda purut ~ bürüt ~ bürgüt, qızıllarda, kaçinlərdə, saqaylarda буркыт, qırğızlarda barqı, evenklərdə branqat ~ braqat kimi səslənir.

  1. "Отчий край - История Баргузина". 2016-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-14.
  2. "СЕМЬ СОСЕН В УРОЧИЩЕ ЯАРИКТО". 2006-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-14.
  3. "Нанзатов Б. З. К этногенезу бурят по материалам этнонимии". 2010-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]