Bartol Kaşiç | |
---|---|
xorv. Bartol Kašić | |
Doğum tarixi | 15 avqust 1575[1] |
Vəfat tarixi | 28 dekabr 1650[2][3][…] (75 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | leksiqraf, dilçi, tərcüməçi, yazıçı, Bibliya tərcüməçisi[d] |
Əsərlərinin dili | xorvat dili[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Bartol Kaşiç (xorv. Bartol Kašić, lat. Bartholomaeus Cassius; 15 avqust 1575[1] – 28 dekabr 1650[2][3][…], Roma[1]) — orta əsr xorvat filoloqu, yazıçı və tərcüməçisi.
Kaşiç ilk xorvat dili qrammatikasının, Bibliyanın və Roma missalının xorvat dilinə ilk tərcüməsinin müəllifidir. O, Katolik keşişi, Yezuitlər ordeninin üzvü olub. Bartol Kaşiç müasir İlliriya və ya Dalmatiya dilinin bir növ "atası" hesab olunur ki, bu da indiki Serb-Xorvat dilinin mənşəyidir.
Bartol Kasiç 1575-ci il avqustun 15-də Paq şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirən Bartolun tərbiyəsi və ibtidai təhsili ilə keşiş əmisi Luka Boqdançiç məşğul olub. Bartol ilk təhsilini Paqda alıb və məzun olduqdan sonra İtaliyanın Loreto şəhərindəki Yezuit kollecinə daxil olub. Təhsilində müvəffəqiyyət qazandığı üçün, 1593-cü ildə əlavə təhsilə yiyələnsin deyə Romaya göndərilib. 1595-ci ildə Kaşiç İsa Cəmiyyətinə qoşulub.[4]
1606-cı ildə o, keşiş təyin edildi və Romadakı Müqəddəs Pyotr Bazilikasında tövbə edən kimi xidmət göstərib. 1609-cu ildə Raqusa (Dubrovnik) köçüb. 1612-1613-cü illərdə Şərqi Slavoniya, Bosniya və Serbiyaya missioner səfərindən sonra, səfərinin nəticələrini Papaya məruzə edib. 1614-cü ildə Loretoya qayıdan Kaşiç burada xorvat zəvvarları üçün tövbə edən kimi xidmət göstərib. O, 1618-1619-cu illərdə Balkanlara növbəti missioner səfəri edib. Hər iki missioner səfəri daha sonra onun yarımçıq tərcümeyi-halında da təsvir edilmişdir. 1620-1633-cü illərdə Dubrovnikdə yaşamış Kaşiç 1633-cü ildə Romaya köçərək, 1650-ci ildə vəfatına qədər burada yaşamışdır.[5]
Kasiçin fəaliyyəti onun xorvat dilinə olan marağından irəli gəlib. Hələ Romada tələbə olarkən 1599-cu ildə o, xorvatca-italyanca lüğəti hazırlayıb. O, həm xorvat dili ilə bağlı filoloji əsərlərin, həm bədii əsərlərin, həm də agioqrafik əsərlərin müəllifidir. Kaşiçin əsas əsərləri xorvat dilinin inkişaf tarixində mühüm əhəmiyyət kəsb edən Bibliyanın və Roma missalının latın dilindən xorvat dilinə tərcümələri idi.
Xorvat dilinin ilk qrammatikası 1604-cü ildə Romada Kaşiç tərəfindən Institutionum linguae illyricae libri duo (“İki kitabda İlliriya dilinin strukturu”) adı altında nəşr edilmişdir. Kitab Balkanlara gedən yezuitlər tərəfindən xorvat dili dərsliyi kimi geniş şəkildə istifadə olunurdu.
Kitab iki cildə bölünmüş 200-ə yaxın səhifədən ibarətdir. Kitabda xorvat dilinin qrammatikası və morfologiyası ətraflı izah olunur. Kaşiç tərəfindən təsvir edilən "İliriya dili" əsasən çoxlu sayda Çakav elementləri olan ştokavi ləhcəsidir. Kaşiç xorvat ləhcələri arasındakı fərqə də diqqət yetirib. O, ştokav ləhcəsini dubrovaçki, çakavian ləhcəsini isə, dalmatinski adlandırırdı.[6]
1622-ci ildə Kaşiç Əhdi-cədidi xorvat dilinə, daha dəqiq desək, ştokav dialektinin raqusan alt dialektinə tərcümə etməyə başladı. 1625-ci ildə Əhdi-ətiqin tərcüməsinə üzərində işləyib. İncilin tərcüməsini 1633-cü ildə tamamlayıb, lakin işi yekunlaşdırdıqdan sonra Kasiç tərcümənin çap etdirilməsindəki çətinliklərlə üzləşib. Roma kuriyasının bir çox nüfuzlu məmurları bu tərcümələrin xalq dillərinə tərcüməsinə qarşı idilər və Kasiç tərcüməni çap etmək üçün imprimatur ala bilmədi. Zəburun yalnız bir hissəsinin tərcüməsi “Pjesni duhovnih pedeset” (“Əlli ruhani ayə”, Roma, 1634) adı ilə nəşr edilmişdi. Kaşiçin İncil tərcüməsinin bir neçə əlyazması günümüzə qədər gəlib çatmışdır.[7]
Kaşiçin ikinci böyük tərcümə işi onun 1640-cı ildə Ritual rimski (Roma ayinləri) adı ilə nəşr etdirdiyi "Roma missalı" idi. Katolik kilsəsinin latın ayininin əsas liturgik kitabının xorvat dilinə tərcüməsi 400 səhifədən çox idi. İncildən fərqli olaraq, Kasiç bu əsər üçün bir imprimatur əldə edib, nəşr etdirə bildi.
1613-cü ildən sonra Kaşiç dini mövzularda bir neçə əsər yazıb. Agioqrafiya sahəsində o, sonradan Perivoj od djevstva (Virgin Garden, 1625-1628) agioqrafik kolleksiyasına daxil edilmiş məşhur yezuitlər, Loyolalı İqnatius və Frensis Ksavyenin həyatından bəhs edən əsərlərini yazmışdır. Bundan əlavə, o, iki katexizmin və "Müqəddəs Venefrida" (1627) mənəvi məzmunlu bədii faciənin müəllifidir. Əsərlərinin siyahısı aşağıdakılardır:
Ujedno je 1606. bio cenzor i redaktor djela Aleksandra Komulovića Zarcalo od ispovijesti, koje je objavljeno u Rimu 1606. i(li) 1616, pa opet u Veneciji 1634.
After his death his propaganda activities were continued by an even greater Pan-Slav: Bartol Kasic.
Kasic hailed from the Dalmatian island of Pag and so, like Komulovic, he spoke the Croatian variant known as cakavski (or cakavian).