Basenci

Basenci
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Basenci[1] və ya basenji[2][3]Mərkəzi Afrikada, xüsusilə Konqo Respublikası və digər tropik Afrika ölkələrində yaranmış it cinsi. Bu cinsin ən diqqətəlayiq xüsusiyyəti hürmə səsi çıxarmamalarıdır. Bunun əvəzinə qeyri-adi "söhbətvarı" səslər çıxararaq ünsiyyət qururlar. Bu xüsusiyyətlərinə görə basenciyə "hürməyən" adı verilmişdir.[4]

Xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

basenci kiçik, atletik və çevik bir cinsdir. Bu itlər saatda 48-56 km sürətlə qaça bilir. Basencilər qısa tüklü, zərif quruluşlu, bükülmüş quyruqlu və incə boyunludur. Onların badam formalı gözləri və qırışlı başları var. Yetkin itlər 41-46 sm hündürlüyündə və 9-11 kq ağırlığında olur. İldə yalnız bir dəfə estrus dövrü keçirirlər və "it qoxusu" daşımırlar. Enerjili, diqqətli, maraqlı və yad insanlara qarşı ehtiyatlıdırlar. Adətən yalnız bir insana emosional bağlanırlar. Nəmli havaları sevmir və yağışlı hava şəraitində çölə çıxmaqdan çəkinirlər. Güclü ov instinktlərinə malikdirlər və pişiklərə və digər kiçik heyvanlara qarşı təqib meyli göstərirlər.[5]

"Basenci" adı suahili dilində "vəhşi it" mənasını verən "mbva şenzi" ifadəsindən götürülmüşdür. Bu cinsə həmçinin, "yuxarıya sıçrayan it" kimi adlar da verilmişdir.[6][7]

Basenci müasir it cinslərindən əvvəl mövcud olmuş ən qədim it cinslərindən biridir.[8] Genetik tədqiqatlar basenci və dinqoların insanların erkən istifadə etdiyi itlər arasında olduğunu göstərir. Dinqolar sonradan vəhşiləşsə də, basenci öz bənzərsiz xüsusiyyətlərini qoruyub saxlamışdır.. Bu cins qədim Misir sənətində bükülmüş quyruqlu və dik qulaqlı itlər kimi təsvir edilmişdir. Onlar Misir freskalarında "Tesem" adlı itlərə bənzəyir.[9][10][11] Avropalılar basenci cinsini ilk dəfə 1895-ci ildə Konqoda təsvir etmişlər. Yerli sakinlər bu itləri sürətinə, ağıllılığına və cəsarətinə görə yüksək qiymətləndirmişdir. Basencilər İngiltərəyə ilk dəfə gətirildikdə xəstəliklər səbəbindən yaşaya bilməmişdir.[12] 1930-cu illərdə yalnız məhdud sayda basenci uğurla İngiltərəyə gətirilmiş və daha sonra ABŞ-yə ixrac edilmişdir. 1943-cü ildə basenci cinsi Amerika İtçilik Klubu (AKC) tərəfindən rəsmi olaraq tanınmışdır.[13][14]

basencilər müəyyən genetik xəstəliklərə meyllidirlər. Fanconi sindromu böyrək funksiyalarının pozulmasına səbəb olan bu xəstəlik adətən 4-8 yaş arasında baş verir.[15] Erkən diaqnoz orqanın zədələnməsini azalda bilər.[16] Genetik hemolitik anemiya qan hüceyrələrinin erkən parçalanması ilə xarakterizə olunan bir xəstəlikdir. Proqressiv retina atrofiya görmə qabiliyyətinin itirilməsi ilə nəticələnən irsi bir xəstəlikdir.[17] Hipoplazma sümük iliyi funksiyasının zəifləməsi ilə əlaqədardır.[18] Basencilər uzunömürlü olsalar da, sağlamlıq problemlərinin qarşısını almaq üçün mütəmadi baytar nəzarəti vacibdir.[16]

  1. Şablon:БРЭ
  2. Фалкон А. Басенжи // Мой друг собака (журнал). № 9. М.: ООО «Издательство Энимал Пресс». 2012. 23.
  3. Мищиха О. "Басенжи". Мой друг собака. ООО «ИИЦ Зооинформ». 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18.
  4. "BCOA African Stock Project – 1945 Letter from Africa". Basenji Club of America.
  5. American Kennel Club, Basenji. "Basenji". 15 November 2024.
  6. de Lavigne, Guillaume. Free Ranging Dogs: Stray, Feral or Wild?. Lulu Press. 2015. ISBN 978-1-326-21952-9.[daimi ölü keçid]
  7. "BCOA African Stock Project: My Journey into the Home of the Basenji". Basenji Club of America.
  8. Dollman, Guy. "The Basenji Dog". Journal of the Royal African Society. 36 (143). April 1937: 148–149. JSTOR 717626.
  9. Joshua J. Mark. "Dogs in Ancient Egypt". World History Encyclopedia.
  10. "Basenji History". Basenji Club of America.
  11. Annie Shanley. "Man's Best Friend: Dogs in Pharaonic Egypt". Wonders & Marvels.
  12. "BCOA African Stock Project: Lady Helen Nutting". Basenji Club of America.
  13. Jones, Shirley. "BCOA African Stock Project: History of the Breed Presented to the AKC". Basenji Club of America. August 1989.
  14. "Dibu Basenjis: Congo Trip 2010". dibubasenjis.com. İstifadə tarixi: 25 January 2020.
  15. Noonan, C. H. B.; Kay, J. M. "Prevalence and Geographic-distribution of Fanconi syndrome in Basenjis in the United States". Journal of the American Veterinary Medical Association. 197 (3). 1990: 345–349. doi:10.2460/javma.1990.197.03.345. PMID 2391269.
  16. 1 2 Kennel Club/British Small Animal Veterinary Association Scientific Committee. 2004. Purebred Dog Health Survey Arxivləşdirilib 13 avqust 2013 at the Wayback Machine. Retrieved 5 July 2007
  17. "Basenji Health Issues". basenjiweb.com. 20 August 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 July 2008.
  18. "Basenji Dog Breed Information". American Kennel Club (ingilis). İstifadə tarixi: 2018-10-25.