Bataqlıq

Şimali Rusiyada bataqlıq

BataqlıqYer səthinin ifrat dərəcədə rütubətlənərək tam çürüməmiş üzvi maddələrin toplandığı sahəsinə deyilir. Bataqlıq müxtəlif yolla-sututarlarda suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay daşqınları nəticəsində quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi gedir. Azərbaycanda özünəməxsus qamış bataqlıqlarına Kürçayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast gəlinir. Xəzər dənizinin qalxması ilə əlaqədar suyun ətraf sahəni basması nəticəsində yeni bataqlıqların əmələ gəlməsi müşahidə olunur.[1]

Dünyada ən böyük bataqlıq Boliviya ilə Paraqvay ərazisində yerləşən Pantanal bataqlığıdır (150.000 km2)

Bataqlıq hidrologiyası quru hidrologiyası bölməsi; torf çöküntülərilə örtülmüş bataqlıqları və bataqlıqlaşmış torpaqları öyrənir. Bataqlıq hidrologiyası rütubətin torf çöküntüləri və bitki örtüyü ilə qarşılıqlı əlaqəsini, bataqlıqlarda suyun hərəkətini və yerdəyişməsini, bataqlıq massivlərində axının formalaşmasını, buxarlanmanı və su-istilik balansını, bataqlıq daxili hidroqrafik şəbəkənin formalaşması qanunauyğunluğunu, bataqlıq suarının hidrokimyasını, bataqlıqlar arası və bataqlıqların ətraf mühitlə (atmosferlə, səth, qrunt və yeraltı sularla) əlaqəsi məsələlərini tədqiq edir.

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.