Bataqlıq timsahı

Bataqlıq timsahı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Bataqlıq timsahı
Beynəlxalq elmi adı

Bataqlıq timsahı (lat. Crocodylus palustris) — əsl timsahlar sinfinin dümayəndəsi. Hindustan ərazisində və Pakistan kimi (bataqlıq timsahı milli sürünən olaraq bilinir) ölkələrdə yayılmışdır. Hindistanda hind qavialı və daraqlı timsahla birlikdə yaşayan üç timsahdan biridir. Bataqlıq timsahının ən yaxın müasir qohumu Siam timsahıdır. Daraqlı timsahla birlikdə ayrı bir Asiya kladı meydana gətirirlər[3].

Bataqlıq timsahı ağır və enli çənələrin kənarları və iri qabarın çıxıntıları olmayan kobud bir başı var. Boyundakı dörd böyük lövhə, hər tərəfində daha kiçik lövhələr kvadrat təşkilidir. Barmaqların dibində toxuma var. Yetkinlər ümumiyyətlə tünd zeytunu, yeniyetmələr isə qara nöqtələri olan solğun zeytunudur.

Bataqlıq timsahı müasir timsahların standartlarına görə orta və yə böyük ölçülü heyvan sayılır. Bütün timsahlarda olduğu kimi, erkək bataqlıq timsahları dişilərdən daha böyükdür. Dişlər ümumiyyətlə 2 ilə 2,5 m, erkəklər isə 3 ilə 3,5 m arasında dəyişir. Erkəklərin çəkisi 100 ilə 200 kq, dişilər isə 40 ilə 60 kq arasındadır[4][5][6]. Manqopir gölündə yetkin timsahların orta ölçüsü 2.89 m, ortalama çəkisi 100 kq-a bərabərdir[7]. Bataqlıq timsahının sıx bir quruluşu var və bəzən bu növün erkək timsahları uzunluğu baxımından təəccüblü dərəcədə ağır ola bilir. Məsələn: Pakistanda yaxalanan bir timsahın uzunluğu təxminən 3 m idi, lakin onun çəsi 195 kq təşkil edirdi[8]. Erkəklər bəzən 300–700 kq kütləsi ilə 4–5 metrə qədər böyüyə bilir, halbuki 4 metrdən uzun fərdlər hazırda çox nadirdir[4][9][10][11]. Bu növün ən böyük tanınmış nümayəndəsi Şri-Lankada tapılmışdır. Onun uzunluğu 5.63 metr, çəkisi isə bir ton ağırlığında olmuşdur. Britaniya Muzeyindəki ən böyük nümunə 3.7 m uzunluqdadır[12].

Bataqlıq timsahı (əsasən Kuba timsahı istisna olmaqla) digər timsahlardan özünü quruda hiss etməsi baxımından daha yaxşıdır. Uzun məsafələrə köç edə bilər və qısa müddətə yırtıcılığı quruda belə təqib edə bilirlər. İlin quru mövsümündə sığınmaq üçün çuxurlar qazır.

Bataqlıq timsahı quruda təxminən 12–14 km/saat sürətlə qaça bilir, ancaq sürətlə də təngənəfəs olur. Suda sürəti dahada artır və daha uzun müddət bu sürəti saxlaya bilir. Suda 20–30 km/saat sürətlə üzür, hətta qısa məsafələrdə sürəti 40 km/saata çatır.

Balalar əsasən onurğasızlarla qidalanır. Yetkin timsahlar ev heyvanları da daxil olmaqla balıq, ilan (məsələn, pələng pitonları), tısbağalar, kərtənkələlər, quşlar və məməlilərlə qidalanır: Gəmiricilər, meymunlar, itlər, keçilər, xallı marallar və samurlar[13][14]. Bataqlıq timsahları tarixən insanlar tərəfindən ticarət balıqçılığına zərər vurması iddiası ilə zərərverici kimi qəbul edilmişdir, lakin bu belə deyil. Bataqlıq timsahı yırtıcıların zirvəsində olaraq, əhəmiyyətli dərəcədə daha qiymətli ticari balıqları istehlak edən yırtıcı balıqlarla, balıq yeyən quşlarla və samurlarla qidalanaraq çay yırtıcılarının sayının nəzarətində mühüm rol oynayır. Bundan əlavə, timsahlar ölü heyvanları yeyirlər. Beləliklə su tutarlarının təmizləyicisi olurlari. Böyük fərdlər Hindistan zambarı, qaban, Asiya antilopları, mal-qara, camış və hətta qaurları da daxil olmaqla iri dırnaqlıları ovlaya bilirlər[15]. Bataqlıq timsahı bir çuxurda gizlənərək dırnaqlıları tutur, buradaca onu boğur və ya "ölümcül fırlanma" köməyi ilə parçalayır . Digər timsahlar kimi öldürülmüş bir ovu ehtiyatda gizlədə bilir. Bəzən gizlədilmiş ovu zolaqlı varan, hətta pələnglər kimi digər yırtıcılar da tapıb yeyə bilir. Bataqlıq timsahları kifayət qədər sosial heyvanlardır. Gecələr bəzən quruda ov edir, ovlarını meşə yolları boyunca tuturlar. Gecə ovu zamanı tez-tez digər yırtıcıların şikarlarını əlindən alırlar.

Bataqlıq timsahları əsasən iri olmayan şirinsulu su tutarlarında və iti axını olmaya bataqlıq, göl, çay, bəzənsə əkin kanalları və digər süni su tutarlarında yaşamağa üstünlük verirlər. Nadir şor sulu ərazilərdə görülürlər. Bu növ Hindistan, Pakistan, İran, İraq, Banqladeş, Nepal, MyanmaŞri-Lankada yayılmışdır. Pakistanın cənubu, İraq, Şərqi Hindistan və Şri-Lankada areal daraqlı timsahların arealı ilə kəsişir.

yayılma arealının böyük hissəsində sayının azalmasına səbəb yaşayış yerlərinin məhv olması, insan fəaliyyəti və s-dir. Vəziyyət demoqrapik məsələlərdən dolayı dahada kəskinləşir. Bataqlıq timsahlarının sayı təbiətdə 5400–7100 baş olaraq qiymətləndirilir. Ən böyük populyasiya 2000 başdan ibarətdir. Oda Şri-Lankada yerləşir. Bəzən bu növü Crocodylus palustris kimbula (Deraniyagala, 1936) yarımnövünə ayırırlar. Kimbula bel pulcuqlarının yerləşmə xüsusiyyətinə görə fərqlənir. Hindistan 1975-ci ildən bu canlıların artırılması proqramına başlamışdır.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. Oaks, J. R. 2011. A time-calibrated species tree of Crocodylia reveals a recent radiation of the true crocodiles.
  4. 1 2 "India4u — Travel — Wildlife — Crocodile". 2015-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-25.
  5. "Population and conservation status of Marsh Crocodiles, Crocodilus palustris in Karachi Zoological Garden, Samzu Park and Khar Center Karachi, Sindh-Pakistan. (PDF Download Available)" (ingilis). ResearchGate. 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-14.
  6. "(PDF) Pathology of mycotic gastritis in a wild Indian freshwater/marsh crocodile (Mugger; Crocodylus palustris): A case report" (ingilis). ResearchGate. 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  7. Chang, M. S., Gachal, G. S., Qadri, A. H., Khowaja, Z., Khowaja, M., Sheikh, M. Y. (2013). "Ecological status and threats of marsh crocodiles (Crocodilus palustris) in Manghopir Karachi". International Journal of Biosciences. 3: 44−54.
  8. Siddiqui, R., Jeyamogan, S., Ali, S. M., Abbas, F., Sagathevan, K. A., Khan, N. A. (2017). "Crocodiles and alligators: Antiamoebic and antitumor compounds of crocodiles". Experimental Parasitology. 183: 194−200.
  9. "Arxivlənmiş surət" (PDF). 2017-02-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-25.
  10. "Arxivlənmiş surət" (PDF). 2019-08-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-25.
  11. "Mugger Crocodile". 2014-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-25.
  12. Boulenger, G. A. (1890) Fauna of British India. Reptilia and Batrachia.
  13. Vyas, R. (2010). "Mugger (Crocodilus palustris) population in and around Vadodara city, Gujarat state, India". Russian Journal of Herpetology. 17 (1): 43−50.
  14. Whitaker, R. and Whitaker, Z. (1989). "Ecology of the mugger crocodile". Crocodiles, their ecology, management, and conservation (PDF Arxivləşdirilib 2018-10-21 at the Wayback Machine). Gland: IUCN Crocodile Specialist Group. pp. 276−296.
  15. "Review of the reintroduction programme of the Mugger crocodile Crocodylus palustris in Neyyar Reservoir, India. (PDF Download Available)" (ingilis). ResearchGate. 2017-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-19.