Batika

Batika
UNESCO-nun Qeyri-maddi Mədəni İrsi
Ölkə [[]]
Daxil edilməsi  ( sessiya)
Malayziya batik ustası Kuala Lumpur Jadi Batik Mərkəzində öz məharətini göstərir

Batika (yav. mumla çəkmək) — möhürləyici məhlulların istifadəsi ilə aparılan qumaş üzərində nəqqaşlıq. Şərq ölkələrində (İndoneziya, Hindistan, Çin, Azərbaycan və s.) yayılmışdır. 2009-cu ildə İndoneziya batikası UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil olub[1].

Batikanın vətəninin Malaziya və İndoneziya olduğu söylənilsə də, araşdırmalar bu ölkələrdə sənət növünün Azərbaycanla eyni dövrdə yarandığını təsdiqləyir[2]. Batika Azərbaycan xalqının qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, BasqalGəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, əsasən də qadınların məşğuliyyət növü kimi bu sənətlə məşğul olanların sayı yüzlərlə olmuşdur.

Şərq ölkələrində (Hindistanda, Çində, İndoneziyada və s.) batika texnikasında əsas etibarilə ipək və pambıq parça üzərində fırça ilə rəsm çəkərdilər. Batikanın vətəni olan cənub-şərqi Asiyada bir neçə texnika geniş yayılmışdı. Yavada hər bir rəngin üstü daim isti mumla örtülür, Malayziyada isə rəsmin əsas hissəsi nəfis şəbəkəli ornamentlə xüsusi möhürün köməyi ilə basılır. Azərbaycanda möhürlə texnika qədim vaxtlardan, gözəlliyinə görə təkrarolunmaz qadın baş örtükləri olan kəlağayılar, həmçinin süfrələr və digər məmulatlar yaradılandan bəri istifadə olunurdu.[3]

Batika texnikaları

[redaktə | mənbəni redaktə et]

İşlənmə texnologiyasına görə batikanın bir neçə növü var: soyuq batika, isti batika, düyünlü batika və azad bəzəmə (naxışvurma). Rəssam bu zaman müxtəlif üsullardan (akvarel, qravür, vitraj və s.) istifadə olunur.

isti batika isə rəssama daha geniş imkanlar açır. İsti batika işlənmə texnologiyasına görə də çox maraqlı və zövqlüdür. Bu növdə hazırlanan batika nümunələrinin əsasını parafin şamı təşkil edir. Mum xüsusi qazanlarda qızdırıldıqdan sonra "ştif batik" (azərb. batika qələmi‎) adlanan elektrikli alətə doldurulur və yenə də öncədən hazırlanmış təsvirin cizgiləri üzərində hərəkət etdirilib, kontur edilir. Sonra kompozisiyanın mövzusuna uyğun olaraq rəssam tərəfindən rənglənir.

Soyuq batika sənətkarların adətən az müraciət etdikləri növdür. Burada rəssam parça üzərində təsvir olunacaq işin tam, dəqiq və aydın eskizini çəkir. Daha sonra rezin yapışqanı, rəng və benzin məhlulların qatışığından alınan mayeni xüsusi alətlə rəsmin konturları üzərinə həkk edib, prosesi bir neçə dəfə davam etdirirlər. Bu əməliyyat gələcəkdə müəyyən rəng tonlarının təsvir üzərində bir-birinə qarışmaması üçün aparılır və hər dəfə rəng tonlarının artmasına, nəticədə isə keyfiyyətli, gözəl işin alınmasına gətirib çıxarır.

Düyünlü batika

[redaktə | mənbəni redaktə et]

Sıbori üslubu

[redaktə | mənbəni redaktə et]

Ünlü batika rəssamları

[redaktə | mənbəni redaktə et]

Bu sənət növünün əksini Ənvər Qarayev, İlham Səfərli, Tamilla Məmmədova, Kamal Səmədzadə, Salar Məmmədov, Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev və bir çox başqa istedadlı rəssamların yaradıcılığında görmək olar. Bu incəsənət növündə yüzlərlə əsərin müəllifi olan yeganə rəssam Tatyana Ağababayevadır.[4][5]

  1. "UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity – Indonesian Batik". 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-30.
  2. Eldar İbrahimoğlu. Batika — qədim kəlağayı sənətinin çağdaş varisi Arxivləşdirilib 2021-04-18 at the Wayback Machine. Mədəniyyət.- 2010.- 26 noyabr.- S. 15.
  3. Dekorativ-tətbiqi sənətin ən zərif növü – batika Arxivləşdirilib 2021-04-18 at the Wayback Machine. Azadlıq.- 2012.- 7 yanvar.- S.14.
  4. ""Bakıda Batika həftəsi" Sərgisi, 2011". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-30.
  5. "Батик - наиболее нежный вид искусства - Омар Эльдаров (фотосессия)". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-30.

Şəkil qalereyası

[redaktə | mənbəni redaktə et]