Batiskaf

Trieste Batiskafı 1958-ci il.

Batiskaf (yun. bathycskaphos) — Sualtı qayığa oxşayır, lakin onun uzunsov gövdəsi hava ilə yox, benzinlə doldurulub. Burada hava yaramır: çox böyük dərinlikdə suyun təzyiqindən batiskaf əzilə bilər. Benzin isə həm də sudan yüngüldür. Odur ki, benzinlə doldurulmuş gövdə batiskaf üçün üzgəc vəzifəsini daşıyır.[1] Hava isə yalnız batiskafın alt hissəsindəki polad kürənin (qondolandın) içində olur . Adamlar və tədqiqat cihazları da bu hissədə yerləşir.

Ballastın yəni tarazlıq yükünün ağırlığı altında dənizin dibinə doğru hərəkət edir.

Projektor okeanın dibinin işıqlandırılması üçün vacibdir. Batiskafın projektoru dəniz dibinin öyrənilməsi üçün mühüm yer tutur.[2]

Batiskaf ballastı atır və yavaş-yavaş yuxarı, suyun səthinə doğru qalxmağa başlayır.

1960-cı ildə İsveçrə alimi Okust Pikkarinin düzəltdiyi "Triest" batiskafı Sakit okeanın ən dərin yerlərindən birində, Marian çökəkliyində suyun dibində enmişdi.[1] Zabiti Don Uolş və alimin oğlu Jak Pikkar 10919 metr dərinliyə çatmışdılar. Bu rekord göstərici sayılır. Batiskaf okean dərinliklərini tədqiq etmək üçün hələlik yeganə vasitədir.[3]

  1. 1 2 Brand, V. "Submersibles – Manned and Unmanned". South Pacific Underwater Medicine Society Journal. 7 (3). 1977. ISSN 0813-1988. OCLC 16986801. 1 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-10.
  2. "To the bottom of the sea" Arxiv surəti 3 dekabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-12-03 at the Wayback Machine, T. A. Heppenheimer, AmericanHeritage.com
  3. Azərbaycan sovet ensiklopediyası baş redaksiyası

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Uşaq ensiklopediyası, C.B.Quliyev, Azərbaycan sovet ensiklopediyası baş redaksiyası, Bakı-1987. səh:120,