Bauman adına Moskva Dövlət Texniki Universiteti

N.E. Bauman adına Moskva Dövlət Texniki Universiteti
МГТУ им. Н. Э. Баумана
Loqonun şəkli
Xəritə
55°45′57″ şm. e. 37°41′05″ ş. u.HGYO
Əsası qoyulub 1830
Tip dövlət universiteti
Tələbə sayı 19.000
Ölkə
Ünvan Rusiya, Moskva şəhəri
Sayt bmstu.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

N.E. Bauman adına Moskva Dövlət Texniki Universiteti (rus. Московский государственный технический университет им. Н. Э. Баумана (МГТУ им. Баумана)) — Rusiyada universitet.

2005-ci ildə buraxılmış Rusiya poçt markası

Ali məktəb əsas diqqəti ölkə iqtisadiyyatının informasiya– telekommunikasiya sistemləri, nanosistem və materiallar, energetika və enerjiyə qənaət, nəqliyyat və aviakosmik sistemlər və hərbi texnika kimi önəmli istiqamətlərinin inkişafına ayırır. Tədris prosesi 19 fakültə əsasında həyata keçirilir. Ali məktəbdə aspirantura, doktorantura və iki profil liseyi fəaliyyət göstərir. Universitetdə təqribən 320-dən çox elmlər doktoru və 2000 elmlər namizədi çalışır. Ali təhsil ocağının əsas struktur bölmələrini fakültə və elmi-tədqiqat institutlarının daxil olduğu elmi-tədris kompleksləri təşkil edir. Bundan əlavə, peşəkar hazırlıq Moskvada və Moskva ətrafı şəhərlərdə - Reutov, Krasnoqorsk, Korolevdəki böyük müəssisələr əsasında, həmçinin universitetin Kaluqa şəhərində yerləşən filialında yaradılmış fakültələrdə aparılır. Universitetin elmi məktəblərinin əsas fəaliyyəti yeni texnologiyaların hazırlamasına, mövcud texnoloji proseslərin optimallaşdırmasına və sənaye müəssisələrinin cari elmi-texniki problemlərinin həllinə yönəldilib. Təsadüfi deyil ki, bir sıra biznes təşkilatları elmi-texniki hazırlamaların nəticələrinin tətbiqi və istehsalatın elmi-texniki problemlərinin həlli sahəsində sözügedən ali məktəblə əməkdaşlıq edirlər.

Təhsil strukturu

[redaktə | mənbəni redaktə et]

Hazırda ali təhsil müəssisəsində tədris radioelektronika və lazer texnikası, fundamental elmlər, maşınqayırma texnologiyaları, xüsusi maşınqayırma, energetika maşınqayırması, robot texnikası və kompleks avtomatlaşdırma, informatika və idarəetmə sistemləri, biotibb texnikası, mühəndislik biznesi və idarəetmə, hərbi institut, ictimai-humanitar elmlər, linqvistika, bədən tərbiyəsi, baş tədris-tədqiqat və metodiki mərkəz, radiotexnika, raket-kosmik texnika, optik-elektron cihazqayırma, cihazqayırma və aerokosmik fakültələri üzrə həyata keçirilir. Fakültələr 8 elmi-tədris kompleksinin tərkibində fəaliyyət göstərir. Radioelektronika, lazer və tibbi texnika elmi-tədris kompleksi 1988-ci ildə radioelektronika və lazer texnikası fakültəsinin əsasında yaradılıb. Kompleksinin tərkibinə universitetin 19 fakültəsindən 4-ü daxildir: radioelektronika və lazer texnikası, biotibb texnikası, optik-elektron cihazqayırma və radiotexnika.

Kompleksdə həmçinin 4 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə əksər hallarda elmi-tədqiqat işlərinin aparılmasına tələbələr də cəlb edilir. 3-cü kursdan başlayaraq hər bir tələbə öz maraqlarına uyğun olaraq elmi-texniki istiqamətini müəyyənləşdirir.

Ali məktəbdə ümumuniversitet kafedralarının daha sıx qarşılıqlı əlaqəsinin təminatı üçün fundamental elmlər elmi-tədris kompleksi yaradılıb. Kompleks kafedraları tələbələrə tətbiqi riyaziyyat, texniki fizika, linqvistika, texniki mexanika üzrə ikinci ixsisasın alınması imkanını təqdim edir.

Universitetin ən böyük elmi-tədris komplekslərindən biri olan maşınqayırma texnologiyaları 1868-ci ildə fəaliyyətə başlayıb. Burada avadanlıq və dəzgah istehsalı texnologiyası, alət istehsalı, tökmə, döymə və möhürləmə, yayma, qaynaq, həmçinin lazer texnikası və texnologiya, metrologiya, mater ialşünaslıq və elektron maşınqayırma üzrə mütəxəssislər hazırlanır.

1993-cü ildə fəaliyyətə başlayan mühəndislik biznesi və idarəetmə elmi-tədris kompleksində indiyədək 1000-dən artıq mühəndis-menecer hazırlanıb. Yüksək peşəkarlıq və müəllim heyətinin elmi səviyyəsi ciddi tədris və elmi məsələlərin həllinə imkan yaradır. Burada 38 elmlər doktoru və 107 elmlər namizədi çalışır. Universitetin xüsusi əhəmiyyətə malik elmi-tədqiqat komplekslərindən biri də informatika və idarəetmə sistemləri kompleksidir. Burada avtomatik idarə etmə sistemləri, cihazlar və oriyentasiya, sabitləşmə və naviqasiya sistemləri, informasiya sistemləri və telekommunikasiya, elektron aparaturanın istehsalı, informasiya və idarə etmə emalı sistemləri, kompüter sistemləri və şəbəkələr, EHM və informasiya texnologiyalarının proqram təminatı, informasiya təhlükəsizliyi və məhsuldar kompüter texnologiyaları ixtisasları tədris olunur.

Xüsusi maşınqayırma elmi-tədqiqat mərkəzində isə kosmik aparatlar və raket-daşıyıcılar, çoxməqsədli maşınlar və mobil robotlar, aerokosmik sistemlər, raket və impuls sistemlər, təkərli maşınlar, dinamika və raketlərin və kosmik aparatların uçuşunun idarə edilməsi, xüsusi robot texnikası və mexatronik, sualtı aparatlar və robotlar, yüksək dəqiqlikli uçuş aparatları istiqamətləri üzrə tədris və elmi-tədqiqat fəaliyyəti həyata keçirilir.

Energetika maşınqayırması elmi-tədris kompleksində raket mühərrikləri, vakuum və kompressor texnikası, termik fizika, nüvə reaktorları və quraşdırma, plazmatik energetika quraşdırmaları, ekologiya və sənaye təhlükəsizliyi, hidromexanika və digər ixtisaslar mövcuddur.

Robot texnikası və kompleks avtomatlaşdırma elmi-tədris mərkəzi isə maşınqayırmada və cihazqayırmada planlaşdırmanın və istehsalın birləşdirilmiş avtomatlaşdırılmış sistemlərinin hazırlanmasını təmin etmək məqsədilə yaradılıb.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Bauman adına Moskva Dövlət Texniki Universitetinin beynəlxalq əlaqələri davamlı olaraq inkişaf etdirilir. Hazırda tələbələr, aspirantlar, doktorantlar, pedaqoji və elmi işçilər üçün ikitərəfli və çoxtərəfli mübadilə proqramları, həmçinin müqavilə əsasında əcnəbi tələbələrin qəbulu həyata keçirilir. Universitetin tələbələri və əməkdaşları birgə elmi araşdırmaların keçirilməsində, tədris metodiki hazırlıqlarda, həmçinin beynəlxalq konqres, konfrans və seminarların işində iştirak edirlər. Hazırda universitet Avropa, Amerika və Asiyanın 70 universiteti ilə sıx əlaqələr qurub. Ali məktəbdə Fransa, İsveç, Almaniya, Avstriya, Yunanıstan, Niderland, Suriya, Hindistan, Koreya Xalq Respublikası, Monqolustan, Pakistan və MDB-nin bir neçə ölkəsinin vətəndaşları müqavilə əsasında təcrübə keçirlər.

Beynəlxalq əməkdaşlıq istiqamətlərindən biri də universitetlərin beynəlxalq assosiasiyalarının işində ali məktəbin iştirakından ibarətdir. 1995-ci ildə N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti tərkibinə 15 ölkədən 50-dən çox universitetin daxil olduğu Avropa və Mərkəzi Asiya ölkələri universitetlərinin əməkdaşlığı üzrə beynəlxalq şəbəkəsinin həmtəsisçilərindən biri olub.

1997-ci ildə universitet TIME (Avropa üçün birinci dərəcəli menecerlər) Avropa mühəndislik universitetləri assosiasiyasına qəbul edilib. Sözügedən assosiasiyaya qəbul universitetin diplomlarının 11 Qərbi Avropa ölkəsində tanınmasına, həmçinin bu ölkələrin ali məktəbləri ilə daha fəal əməkdaşlıq etməyə imkan verir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]