Müqəddəs Roma imperiyasının bir hissəsi | |||
Bavariya-İnqolştadt hersoqluğu | |||
---|---|---|---|
alm. Bayern-Ingolstadt alm. Oberbayern-Ingolstadt | |||
|
|||
|
|||
Paytaxt | İnqolştadt | ||
Dövlət dini | katolisizm |
Bavariya-İnqolştadt hersoqluğu (alm. Bayern-Ingolstadt) və ya Yuxarı Bavariya-İnqolştadt (alm. Oberbayern-Ingolstadt) 1392–1447-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkibində olan bir dövlət idi.[1]
Hersoqluğun yaradılmasının kökləri bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümünəcən uzanır. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. Bavariya-İnqolştadtın ilk hersoqu II Stefanın oğlu III Stefan olmuşdur.
1413-cü ildə Stefanın ölümündən sonra VII Lüdviq atasının taxtına oturdu. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri Bavariya-İnqolştadtla birləşdirildi. Lüdviq, öz oğlu VIII Lüdviq 1443-cü ildə taxt-tacını qəsb edənə və onu düşmənləri Bavariya-Landsxut hersoqu XVI Henrixə təslim edənə qədər hersoqluq etdi. VIII Lüdviq iki il sonra öldü. Atası isə əsirlikdə öldü. Varisi olmayan Bavariya-İnqolştadt Bavariya-Landsxuta qaytarıldı.[2]
Bavariya-İnqolştadt Bavariyadakı müxtəlif, bitişik olmayan torpaqlardan bir yerə yığılmış dövlət idi. Paytaxt İnqolştadt idi və onun ətrafındakı əraziləri də əhatə edirdi: Şrobenhazuen, Ayxax, Fridberq, Reyn-am-Lex və Höştadt-an-der-Donau. Bundan əlavə, hersoqluq aşağıdakı şəhərləri birləşdirirdi: