Tarixi Azərbaycan əraziləri | |
Bayandur | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Şörəyel mahalı |
Sahəsi |
|
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Bayandur — 1728-ci ildə İrəvan əyalətinin Şurəgəl nahiyəsində kənd adı[2] İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd[3].[4]
Rayon mərkəzindən 20 km, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəfətəri"ndə Bayandırlı formasında[5] qeyd edilmişdir.[6]
Toponim bayandur qədim türk tayfasının adı[7] əsasında əmələ gəlib, "bayandur tayfasının yaşadığı kənd" mə'nasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Bayandur tayfasının adındandır.
1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–30-cu illərdə Türkiyədən köçürülmüşdür[8]. 1918-ci ildə əhali qovulduqdan sonra kənd dağılmışdır[9][10]İndi ermənilər yaşayır.