Baykonur | |
---|---|
Байқоңыр | |
45°37′48″ şm. e. 63°18′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1955 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 100 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 33622 |
Poçt indeksi | 468320 |
Nəqliyyat kodu | 94 |
Digər | |
baikonuradm.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Baykonur (qaz. Байқоңыр) — Qazaxıstanda şəhər, yaşayış mərkəzi, Baykonur kosmodromunun inzibati mərkəzi.
Baykonur kosmodromu və ətraf ərazilər ümumilikdə Baykonur kompleksi adı altında Qazaxıstan ilə Rusiya arasında bağlanmış sazişə görə 2050-ci ilə qədər Rusiyaya icarəyə verilib[2]. Əhalisi — 2008-ci ildəki statistikaya əsasən təxminən 60 min nəfər idi. Lakin 1 yanvar 2011-ci il statistikasına əsasən 37,1 min nəfər əhali təşkil edir.[3]].
1995-ci ilin dekabr ayına qədər Leninsk şəhəri adlanırdı. SSRİ dönəmində qapalı şəhər statusuna malik idi.
Baykonur şəhəri Sırdərya çayının sağ sahilində yerləşir.
12 fevral 1955-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər şurasının № 292–181сс nömrəli birgə əmri ilə bu şəhərdə raket texnikasının sınaqları üçün nəzərdə tutulmuş SSRİ Müdafiə Nazirliyinin 5 nömrəli Elmi-tədqiqat sınaq poliqonun (SSRİ-in Müdafiə Nazirliyini ETSP № 5) yaradılması təsdiq olundu. Poliqonun tikinti işləri 1955-ci il qışın ikinci yarısında Ş.G.Maksimin rəhbərliyi altında hərbi inşaatçılar tərəfindən başlanmışdı. 1994-cü ildə Qazaxıstan ilə Rusiya arasında bağlanmış müqaviləyə əsasən şəhər və kosmodrom Rusiyaya icarəyə verilmişdir. Müqavilə müddəti 2004-cü ildə 2050-ci ilə qədər uzadıldı.
Qazaxıstan prezidentinin 20.12.1995 tarixli qərarı ilə şəhərin köhnə adı dəyişilərək Baykonur adlandırıldı.
Şəhər Sırdərya çayı (sözügedən çay şəhəri 85 m enində iki hissəyə ayırır; çay ətrafı dəniz səviyyəsindən 120 – 200 m hündürlükdə yerləşir; dərinlik: 1 – 4 m təşkil edir) boyunca 5 km, xırda təpələr ilə uzanır. Təpələrin nisbi hündürlüyü 10 m təşkil edir. Çay ətrafı sınmaların hündürlüyü 15 – 20 m-ə çatır.
Çayın suyu şirin olmasına baxmayaraq, suyu bulanıqdır. Bu sudan məişətdə istifadə etmək texniki vasitələr ilə suyu təmizləmək lazımdır. Çayın ən yüksək səviyyəsi aprel ayından avqust ayına qədər olan dövrdə müşahidə olunur. Bu dövrdə subasar sahədə bütün mövcud dərələr və arxlar suyla dolur. Sırdərya çayında müntəzəm gəmiçilik yoxdur. Çayın Baykonur şəhərindən keçən hissəsində buzun qalınlığı orta hesabla 0,5 m, sərt qış zamanı 0,9 m-ə çatır.
Bitki zonası: səhra zonasına xas efemerli bitkilər üstünlük təşkil edir. Torpaqları: qonur quru-çöl, çay qırağı yerlərlə boz-qonur allüvial düzən torpaqları təşkil edir. Çay qırağı boyunca və adalarda tikanlı kolluqlar və ağacların hündürlüyü 3 – 7 m-ə çatır (tuqay meşələri). Çəmən bitkiləri də mövcuddur. Çay qırağı zonalarda qamışların hündürlüyü 4 m-ə qədər artır. Quru yerlər 2 m-ə qədər hündürlüyə malik kolluqlar ibarətdir. Quru yerlərdə ot örtüyü seyrəkdir, yalnız yazda yaşıllaşır, iyunun başlanğıcında ot quruyur.
Şəhərdə yaşıllıq çoxdur: bir çox ağac (qarağac, qovaq, göyrüş, yulğun) növlərinin hündürlüyü 3– 10 m-ə çatır; yay aylarında stasionar suvarma şəraitində, həmçinin su avtomobillərin köməyi ilə yaşıllıqlar qorunur.
Şəhərdən 200 km radiusda əhəmiyyətli su mənbələri (göllər və kanallar) yerləşmişdir. Su və bitki resurslarına yerli sakinlərin etinadsız münasibətinə görə hər il bu regionda bitki və balıq ehtiyatlarının miqdarı azalır.
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |