Bazarçay (Sisyan)

Bazarçay
39°40′05″ şm. e. 45°48′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 67,57 km²
Mərkəzin hündürlüyü 2.100 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 435 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Bazarçay xəritədə
Bazarçay
Bazarçay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BazarçaySisyan rayonunda kənd.[2]

Rayon mərkəzindən 24 km şimal-şərqdə, Bazarçayın yuxarı axarında, düzənlikdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Toponim bazar türk tayfasının adı ilə[4] çay sözünün birləşməsindən əmələ gəlib. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 631 nəfər, 1908-ci ildə 635 nəfər azərbaycanlı yaşamışdır[5].

1918-ci ildən sonra xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilərək azərbaycanlılar deportasiya olunmuşdur. 1926-cı ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı da yaşamışdır[6].

1929-cu ildə onlar da qovulmuşdur. İndi yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.28
  4. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.61
  5. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932, с. 76–77, 146–147
  6. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 77