Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bazel 2
İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır.
— Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur.
— "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur.
— "Bazel 2" prosesi əslində risklərin idarəedilməsi ilə bağlı son illərdə müşahidə olunan inkişafın bir davamıdır və inkişaf etmiş dövlətlərdə sektor standartı olaraq həyata keçirilən metodlar "Bazel 2" ilə birlikdə qanun formasını almışdır. Yeni Bazel Kapital Sazişi – "Bazel 2" adı ilə artıq qeyd etdiyimiz kimi 2007-ci ili əvvəllərindən etibarən tətbiq edilməsi planlaşdırılan bu standartlar bankların kredit siyasətində, risklərin idarə edilməsini ön plana çıxarır. "Bazel 2" ilə birlikdə bütün banklar risklərini qiymətləndirəcək və daşıdıqları riskləri kreditlərin faiz dərəcəsində əks etdirəcəklər. "Bazel 2"-nin ən mühüm dəyişikliklərdən biri də xarici dövlətlərdən borc alınan zaman ölkə reytinqinin əsas götürülməsidir. "Bazel 1" də İƏİT-yə üzv olan dövlətlər arasında heç bir fərq qoyulmur. Lakin, "Bazel 1"-də isə dövlətlərin reytinqi mütləq nəzərə alınır və bu amil isə reytinqi aşağı olan bütün dövlətlər üçün xarici ticarətin maliyyələşdirilməsində və xarici dövlətlərdən borc alınan zaman bir sıra problemlərin (məsələn, kredit faizinin artırılması) meydana çıxmasını şərtləndirir.
1) Kapital Adekvatlığı Standartları
2) Nəzarət və Tənzimləmə Standartları
3) Bazar İntizamı Standartları
"Bazel 2"-də, "Bazel-I"-də qəbul edilən kredit və bazar risklərinə əlavə olaraq, əməliyyat riski də kapital adekvatlılığının hesaplanmasına daxil edilmişdir. Üç ayrı səviyyədə həyata keçiriləbiləcək bu standartlar, səviyyələr artdıqca texnoloji bazanın zəruriliyini və tətbiqedilmə zamanı ortaya çıxacaq problemləri özü ilə birlikdə gətirir. Qeyd olunduğu kimi, bu standartların tətbiq edilməsindəki problemlər səbəbi ilə ABŞ-də daxil olmaqla bir çox dövlətlərdə, standartların bütün banklar yerinə sadəcə sistemdəki böyük bankları əhatə etməsi məsələsi mübahisə mövzusudur.
a) Standart Yanaşma (Standardized Approach)
b) Daxili Reytinq Yanaşması (IRB Approach)
c) Qabaqcıl Yanaşma (Advanced Approach)
"Bazel-I" kriteriyaları, bankların kredit riskləri ilə bağlı daha yüksək standartlar tətbiq edərkən, kredit verilən şirkətlərin də yeni standartlara görə risklərini qiymətləndirməsi vacib hesab olunur. Bankların kredit əməliyyatları iki baxımdan risklərin qiymətləndirməsini vacib edir: – Kredit verilən şirkətlərin riski (firmanın balansı, kapital adekvatlığı, mənfəət və zərər cədvəli, idarəetmə və təşkilati strukturu, məhsul/xidmət inkişafı, idxalat- ixracat, bazar payı və başqa bunun kimi keyfiyyət faktorlarının da qiymətləndirilməsi ilə "frma reytinqi" hesablanaraq tapılacaqdır). – Kredit əməliyyatlarının növü ilə bağlı risk (əməliyyatın forması, təminat, vaxt, pil vahidi) Verilən kreditin ümumi riski isə bu iki risk qiymətləndirməsinin nəticəsində ortaya çıxır.
1) "Bazel 1"-də yer alan kredit riski baxımından kapital öhdəliyinin İƏİT-yə üzv olub-olmaması kriteriyalarına görə təyin edilməsi prinsipinə əsaslanan "klub qaydası (club rule)" "Bazel 2"-də ləğv edilmişdir. "Bazel 1"-də İƏİT-yə üzv dövlətlər 0%-li, üzv olmayan dövlətlər isə 100%-li risk qrupuna aid edilir. "Bazel 2"-də isə bu tamamilə aradan qaldırılmışdır.
"Bazel 2" də gözlənilən risklərlə bərabər gözlənilməyən risklər üçün də minimum kapital tələb edilir. Burada əsas məqsəd, bankların nəzarətinə maksimum əhəmiyyət vermək, risklərin idarəedilməsini gücləndirmək, bazar intizamı və kreditlər üzrə ödənişlərin hesablanmasında standartlara çatmaqdır.
2) "Bazel 2"-də kredit riski, krediti alan tərəflərin reytinqlərinə görə təyin edilir. "Bazel 2"-də yer alan bəzi metodlar müstəqil reytinq şirkətləri (məsələn Standard & Poors, Fitch, Moodys və s.) tərəfindən verilən reytinqlərdən istifadə edərkən, bəzi mütərəqqi metodlarda – banklara nəzarət orqanlarından icazə alınmaq şərti ilə, bankların öz qiymətləndirmələrinə əsaslanaraq verdikləri reytinqlər əsas götürülür.
3) "Bazel 1"-də yalnız kredit və bazar riskləri üçün kapital adekvatlığı mövcuddur. "Bazel 2" –də isə buna əlavə olaraq əməliyyat riski üçün də kapital öhdəliyi daxil edilmişdir. "Bazel-II"-də əməliyyat riski, qeyri-qənaətbəxş və ya ləng gedən daxili prosedurlar, eyni zamanda, insanlar, sistemlər və kənar hadisələr nəticəsində ortaya çıxan itki riski olaraq bilinir (məsələn, mənimsəmə, zəlzələ, və məlumatın işlənməsi zamanı baş verən xətalar nəticəsində meydana çıxan zərərlər) və banklardan bu risklər üçün də adekvat səviyyədə kapitalla təmin olunmaları tələb olunur.
4) "Bazel 2" də bankların kapital adekvatlıqlarını özlərinin qiymətləndirmələri istənilir və həm kapital adekvatlığı həm də bankların özlərini qiymətləndirmə prosesinə bank nəzarəti orqanları tərəfindən nəzarət edilməsi və qiymətləndirilməsi də tələb olunur. 5) "Bazel 2" çərçivəsində kapital adekvatlığı ilə əlaqədar olaraq, "Bazel 2"-yə aid ətraflı məlumatların ictimaiyyətə açıqlanması tələb edilir. "Bazel 1"-də isə bu tələb yoxdur.