Baçço Bandinelli

Baçço Bandinelli
Doğum tarixi 12 noyabr 1493[1]
Doğum yeri
Vəfat tarixi 7 fevral 1560[2][3] (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti heykəltaraş, rəssam, boyakar[d], sənətşünas, dizayner
Mükafatları Qızıl mahmız ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baçço Bandinelli və ya əsl adı ilə Bartolommeo Brandini (12 noyabr 1493[1], Florensiya[3]7 fevral 1560[2][3], Florensiya[3]) — İntibah dövrünün italyan rəssamı və heykəltaraşı. XVI əsrdə yaratdığı heykəlləri Mediçi ailəsi tərəfindən alınırdı.

Atası Mikel di Viviano de Brandini oğlu Bandinellini zərgar kimi böyütmüşdür. Lakin daha sonra heykəltaraşlığa maraq göstərən Bandinelli heykəltaraş Covanni Françesko Rastiçinin yanında işləmiş və Toskana hersoqu I Kosimo Mediçinin sarayında tanınmış incəsənət xadiminə çevrilmişdir. Birisi Vatikanda (1531), o birisi Florensiyada (1550) olmaqla iki incəsənət məktəbi açmışdır. Ciorci Vasari "Məşhur italyan memar, rəssam və heykəltaraşların həyatı" ("Le Vite de’ piû eccellenti architet- ti, pittori, et scultori italiani", 1550) və Benvenuto Çellininin "Həyat" ("Vita", 1728) adlı kitablarında Bandinelli qısqanc, pis və qabiliyyətsiz kimi təsvir olunmuşdur. Bandinelli soyadını 1530-cu ildə almışdır.

Bandinellinin əsərləri onun öz işində peşəkar olduğunu göstərir. Florensiyanın Uffizi qalereyasında sərgilənən "Laokoon" əsəri, "He- rakles ve Cacus" (1534) heykəli ve Florensiya kafedralının qabartmaları ən məşhur əsərləridir. Amma daha sonra Mediçi sarayındakı yerini Kellini ve Bartolommeo Ammannatiyə vermişdir.[5]

  1. 1 2 Hirst M. BANDINELLI, Baccio // Dizionario Biografico degli Italiani (it.). 1963. Vol. 5.
  2. 1 2 RKDartists (nid.).
  3. 1 2 3 4 5 6 Бандинелли, Баччио (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. IIа. С. 876.
  4. http://www.louvre.fr/sites/default/files/medias/medias_fichiers/fichiers/pdf/louvre-communique-presse-baccio-bandinelli.pdf.
  5. "Baçço Bandinelli". 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-17.