Bağlayıcı düymə

Düymənin iki yarısı

Bağlayıcı düymə, bərkidici, bərkidici düymə, çırt-çırt, basmalı düymə, qübbəli düymə, popper, tiç (ing. Tich), tiç düyməsi[1] — metal və ya plastikdən hazırlanmış, adətən paltarın bərkidilməsi və ya buna oxşar məqsədlər üçün ənənəvi düymələrin yerinə istifadə olunan bir-birinə bağlanan bir cüt diskdir. Bir diskin altında yerləşdirilmiş dairəvi dodaq, digərinin üstündəki yivə oturur və müəyyən bir güc tətbiq olunana qədər onları möhkəm saxlayır. Müxtəlif növ bağlayıcı düymələr istifadə olunan pərçim bağlayıcı düymə növünə müvafiq olan ştapel və qəlib dəsti ilə pərçimlənərək (quyruğu açmaq üçün ştapelə çəkiclə vuraraq), tikilərək və ya xüsusi bağlayıcı düymə kəlbətinləri ilə bükülərək, parça və ya dəriyə bərkidilə bilər.[1]

Bağlayıcı düymələr Amerika Qərb geyimində xüsusi olaraq qeyd olunan bir detaldır və ənənəvi düymələrlə müqayisədə uşaqların istifadəsi üçün nisbətən asan olduğu üçün müntəzəm olaraq uşaq geyimləri üçün də istifadə edilmişdir.

Müasir bağlayıcı düymələr 1885-ci ildə Almaniya ixtiraçısı olan Heribert Bayer tərəfindən kişi şalvarları üçün yeni bir bağlayıcı düymə olan "Federknop-Verşlus" kimi patentləşdirilmişdir. Bəziləri bu ixtiranı Danimarkalı Bertel Sandersə aid edirlər. 1886-cı ildə Qrenobldan olan Albert Piyer Raymond da patent almışdır.[2] Bu ilk versiyalarda yiv əvəzinə "kişi" diskində S şəkilli yay var idi.[3]  Avstraliyalı ixtiraçı olan Mira Culyet Farel həm də "tikişsiz bağlayıcı düymə" və "tikişsiz qarmaq və göz" ixtirasına görə hesab olunur.[4] Amerikada Cek Veyl (1901–2008) məşhur Qərb köynəklərinə bağlayıcı düymələr əlavə etmiş və bu da öz növbəsində, onları dəb halına gətirmişdir.[5] Prim şirkəti 1903-cü ildən bəri bağlayıcı düymələrin istehsalı ilə məşğul olur.

Bağlayıcı düymələr istifadə sürəti, nisbətən kilidlənməyə az düşmə ehtimalı, düşərsə belə asanlıqla çıxarıla bilinməsinə görə hərbi avadanlıqların tərkibinə daxil edilmişdir; paraşüt örtüyünə bağlanmış olan saysız-hesabsız iplərdəki təhlükəyə görə onlar xüsusilə paraşütçü texnikasında istifadə edilmişdirlər.

Onlar həmçinin oxşar səbəblərə görə hüquq-mühafizə orqanlarının qaburaları və onların saysız-hesabsız aksesuarları ilə istifadə üçün qəbul edilmişdirlər; son onilliklərdə isə hər iki sahədə əsasən Velkro ilə əvəz edilmişdirlər.

1930-cu illərdən etibarən rodeo kovvoyları tərəfindən bağlayıcı düymələr istifadə edilməyə başlanmışdır, çünki rodeo kovvoyları yıxılanda köynək yəhərə ilişsə belə, bunlar tez bir zamanda həll edilə bilərdi, yəni köynəyi yəhərdən ayırmaq asan idi. Saxta mirvarili bağlayıcı düymələr Cen Atri və Roy Rogers kimi mahnı oxuyan kovvoyların əyinlərinə geyindikləri naxışlı və saçaqlı səhnə köynəklərinə daxil edilmişdir. Bununla da, 1950-ci illərdən etibarən, Amerikanın əsas Qərb modasına girmişdir.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Haberdashery and Notions: Trade Terms that Have a Somewhat Different Meaning in the British Empire and in America—Just what they Signify When Used in Connection with the Export Trade of the United States // Dun's International Review (ingilis). R.G. Dun. May 1918. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  2. Brevet d'invention n° 176 400 du 29 mai 1886.
  3. "Zwei Köpfe und ein Knopf". Westdeutscher Rundfunk (alman). March 5, 2005. 18 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2013.
  4. "Woman Inventor". Western Age. Dubbo, NSW. 28 August 1915. səh. 4. 1 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2014.
  5. "Story of Rockmount Ranch Wear". 2019-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-29.
  6. "100 years of Western wear". 2023-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.