Başneft

Başneft
Башнефть
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi İctimai korporasiya
Sənaye Neft- və qaz-çıxartma,
kimya-sənayesi
Məhsulları Neft məhsulları, məhsulları neft-kimya
Təsis tarixi 1946
Baş qərargahın yeri  Rusiya: Ufa
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 554.929.000.000 ₽ (2021)[2]
Ümumi aktivlər
  • 916.132.000.000 ₽ (2021)[2]
Ümumi gəliri 611,3 mlrd rubl. (2015-ci il, MHBS)[1]
Xalis mənfəəti 59,6 mlrd.rubl (2015-ci il, MHBS)
Əməliyyat mənfəəti 93,4 mlrd.rubl (2015-ci il, MHBS)
Struktur
İşçi sayı 25 min nəfərdən çox
Rəhbərlik
Auditor Deloitte Touche Tohmatsu (2011 год)
www.bashneft.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Başneft — Rosneftin tərkibinə daxil olan neft şirkəti. Şirkətin baş ofisi Başqırdıstanın paytaxtı Ufa şəhərindədir.

Başqırdıstan nefti

[redaktə | mənbəni redaktə et]

Başqırdıstanda 140-dan çox neft yatağı var. Bu yataqlardan ən böyükləri Tuymazı və Agizel çaylarının aşağı axarlarında yerləşir. Həmçinin burada təbii qaz həm sərbəst halda həmçinin neftlə bərabər çıxır.

"Başneft"-in yaradılması Başqırdıstanda neft sənayesinin inkişafına səbəb oldu. İlk dəfə 16 may 1932-ci ildə mühəndis-geoloq A.A.Bloxinin başçılığı ilə İşimbay şəhərində İşimbay neft yatağının açılışı oldu. "Başneft" 1946-ci ildə "Başneftkimya kombinatının" bazası üzərində yaradıldı. Bu zaman bir çox müəssisələr bu müəssisəyə birləşdirildi. Belə ki, 1954-cü ildə bu müəssisə SSRİ-də neft istehsalı üzrə ən böyük birləşmiş müəssisə oldu.

Hasilat. Neft çıxartma dəzgahı «Başneft» Ufa yaxınlığında

Şirkət Volqa-Ural neft-qaz əyalətində 160-dan çox yataqdan neft çıxardır. Hansı ki, bu yataqlar Başqırdıstan, Tatarıstan və Orenburq əyalətinə daxilində yerləşirlər. Həmçinin şirkət Xantı-Mansi Muxtar vilayətində yerləşən 4 lisenziyalı yataqdan da neft çıxardır. 2009-cu ilin sonunda şirkətin neft ehtiyatı 1.3 mlrd barel (177.4 mln.ton) olmuşdur. İllik gücü 24,07 mln.ton olan 3 zavod və həmçinin neft-kimya kombinatı bu şirkətə daxildir. 2010-cu ilin məlumatlarına əsasən isə bu şirkət ən dərindən neft çıxartmaq üzrə liderlik edir. 2016-cı ilin məlumatlarına görə isə "Başneft"-Rusiya üzrə neft emalının 7%-ni, neft hasilatının 4%-ni, benzin istehsalının isə 12%-ni təşkil edir.

. Yanacaqdoldurma məntəqəsi Başneft

"Başneft" 2014-ci ildə 17,8 milyon ton, 2015-ci ildə isə 19,9 milyon ton neft istehsal edib. Belə ki, bu gündə 398 min barel təşkil etmişdir. Şirkətin zavodlarında neft emalının həcmi 19,1 milyon ton (2014-cü ildə - 21,6 milyon ton) olmuşdur. Emal dərinliyi- 85.8% (bir il əvvəl - 84.6%) olub. 2015-ci ildə şirkətin gəlirləri 611 273 milyon rubl olduğu halda, 2014-cu ildə isə 637 271 milyon rubl olmuşdur. Şirkətin xalis mənfəəti - 59 564 milyon rubl (2014-cü ildə 43 146 milyon rubl) təşkil etmişdir

  1. "MBBS 2015-ci il hesabatı" (PDF). 2016-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-05.
  2. 1 2 Финансовые результаты 12 мес. и IV кв. 2021 г. (rus.). Башнефть, 2022. С. 54.