Belitung adası | |
---|---|
ind. Belitung | |
Ümumi məlumatlar | |
Sahəsi | 4850 km² |
Hündür nöqtəsi | 510 m |
Əhalisi | 262.357 nəfər (2010-cu il) |
Yerləşməsi | |
2°50′00″ c. e. 107°55′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Belitung, Billiton (ind. Belitung, Billiton) — Malay arxipelaqına daxil olan, İndoneziyaya məxsus ada.
Sahəsi 4850 km² təşkil edir. Cənubi Çin dənizi və Yava dənizi arasında, Kalimantan adasından cənub-qərbdə yerləşir. Kalimantan adasından Karimata boğazı, Banka adasından Qaspar boğazı ilə ayrılır. Belitung adasının ətrafında 135 ada vardır. Ən hündür nöqtəsi 510 metrdir (Tajam). Yelyefi düzənlik, sahilləri qumluqdur.
1812-ci ildə ada Palembanq sultanlığı ərazisinə daxildir. Sonradan isə Böyük Britaniyanın ərazisinə çevrilir. 1824-cü ildə İngilis-holland anlaşması ilə ərazi Niderlandın nəzarətinə keçir. 1851-ci ildən adada filiz hasilatına başlanılır.
2000-ci ildə ada Cənubi Sumatra sonradan isə Belitung və Banka adası ilə birlikdə Banqka-Belitung vilayətinə daxil edir. Əhalisi 262 357 nəfər (2010), əsas şəhəri isə Tancunqpandandır.
Qalay filizi, Gil və digər faydalı qazıntılara malimdir. Adanın iqtisadiyyatının əsasını balıqçılıq və tropik əkinçilik əsasını təşkil edir.