Bell Textron Helicopter

Bell Textron Helicopter
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Aerokosmika sənayesi[1][2]
Məhsulları vertolyot[2]
Təsis tarixi 1935[2]
Baş qərargahın yeri
bellflight.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas mərkəzi Texasın Fort-Uort şəhərində yerləşən ABŞ-yə məxsus olan hava-kosmik fəza məhsulları istehsalı ilə məşğul olan bir şirkətdir. Textron şirkətinin bir qanadı olan Bell şirkəti hərbi pərli qanadlı təyyarələr (rotorcraft) və mülki helikopterlərin istehsalı ilə məşğul olur. Bell şirkəti həmçinin dünya miqyasında müxtəlif ölkələrin hava qüvvələri üçün təlimlər keçir və onlara dəstək verir

"Bell Helicopter Textron Inc." şirkəti ABŞ-nin aerokosmik avadanlıqlar istehsal edən çoxsaylı kompaniyalarından biridir. Şirkətin mənzil qərargahı Texas ştatının Fort Uert şəhərində yerləşir. Fort Uert və Amarillo şəhərində və onun ətrafında hərbi məqsədli, Kanadanın Kvebek şəhərin yaxınlığındakı Mirabel qəsəbəsində isə kommersiya məqsədli helikopterlər istehsal edilir. "Bell" bütün dünyada təlim və dəstək xidmətləri də göstərir.

Şirkət 1935-ci il iyulun 10-da Nyu-Yorkun Buffalo şəhərində Lorens Dayl Bel tərəfindən "Bell Aircraft Corporation" kimi təsis edilib. Şirkət döyüş təyyarələrinin layihələndirilməsini və hazırlanmasını həyata keçirməyi nəzərdə tuturdu. Onların ilk məhsulları arasında bombardmançılara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan iki mühhərikli XFM-1 "Airacuda" və P-39 "Airacobra" qırıcıları da yer alırdı. Sonradan XFM-1 "Airacuda" və P- 39 "Airacobra" qırıcılarını şirkətin istehsal etdiyi, ABŞ-nin ilk reaktiv "P-59 "Airacomet" və P- 63 "Kingcobra" kimi yeni nəsil qırıcılar əvəz etdi.

1941-ci ildə Bel, helikopterlərin tədqiqi və inkişafı məqsədilə keçiriləcək təcrübələri təmin etmək üçün, istedadlı ixtiraçı Artur M. Yanq adlı mühəndisi şirkətdə işə götürdü. Bu, Belin fikrincə hökumət müqavilələrindən asılı olmayan şirkətin daha geniş iqtisadi bazaya sahib olmasının əsasını təşkil edəcəkdi. "Bell 30" ilk tam ölçülü helikopter olaraq, 1942-ci ilin dekabrın 29-da ilk uçuşunu həyata keçirdi, ardınca bazara təqdim edilən "Bell 47" isə mülki və hərbi təyinata müvəffəqiyyətə sahib olan dünyanın ilk helikopteri oldu.

"Bell" Helikopteri

"Textron" şirkəti 1960-cı ildə "Bell Aerospace" şirkətini satın aldı. "Bell Aerospace" şirkətinin özü də üç müxtəlif istiqamətdə fəaliyyət göstərən bölmələrdən ibarət idi. Bu bölmələrdə qırıcılarla bərabər müşahidə, xidməti, hərbi, kommersiya təyinatlı müxtəlif helikopterlər, tiltrotor sistemli (fırlanan maili qanad) vasitələr, dronlar, PUA-lar, eksperimental təyyarələr də istehsal edilirdi.

1976-cı ilin yanvarında isə "Textron" yenidən adını dəyişərək "Bell Helicopter Textron İnc" oldu. "Bell Helicopter" İtaliyanın "Agusta Westland" şirkəti ilə yaxın əlaqələrə malikdir. "Bell 47" və "Bell 206" modelləri ortaq layihələr əsasında hazırlanıb. 2018-ci ilin fevralı 22-dən şirkət "Bell" adlandırılır.

"Bell" dünyada helikopter istehsalının "pioneri" olmaqla yanaşı həm hərbi, həm də kommersiya helokopterlərində səs sürətini aşan texnologiyanın sertifikatına sahib lider şirkətdir. NASA-nın ilk aya səyahət proqramının iştirakçısı olan "Bell" şirkəti bazara ilk tiltrotor sistemi də təqdim edib, hazırda şaquli qalxma üçün yeniliklər üzərində çalışır. On illər ərzində çox geniş çeşiddə "Bell" helikopterləri istehsal edilib.

"Bell Boeing V-22 Osprey", "Bell V-280 Valor", "Bell UH-1Y Venom", "Bell AH-1Z" və s. hərbi təyinatlı çoxməqsədli helikopterlər hərbçilər arasında daha çox tanınır. Sonuncu dünyada "hava- hava" tipli raketlərlə silahlanaraq qırıcı funksiyasının bir qismini yerinə yetirən yeganə helikopterdir. Hər bir helikopterin ümumi cəhətləri ilə yanaşı onların sırf özünə məxsus ciddi bir üstünlüyü (məsələn güclü silahlar, uzaq məsafə, ağır yük qaldırma qabiliyyəti və s.) olması şirkətin istehsal konsepsiyasını əks etdirən əsas amildir.

  1. 1 2 Thomson Reuters Open Perm ID. Thomson Reuters.
  2. 1 2 3 Bell Helicopter Company // Sapere Encyclopedia (it.). De Agostini Editore, 2001.
  3. Google Maps. 2005.