Bella Porç | |
---|---|
ing. Bella Poarch | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 9 fevral 1997[1] (27 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | internet ulduzu, müğənni, TikToker[d] |
Janrlar | pop musiqisi, dark-pop[d] |
Albom şirkəti | Warner Records |
Vikianbarda əlaqəli mediafayllar |
Bella Porç (9 fevral 1997[1], Filippin[2]) — Filippin əsilli Amerikalı internet ulduzu və müğənni.
Bella Porç 8 fevral 1997-ci ildə Filippində anadan olub və orada böyüyüb.[3] Bella 13 yaşında olanda ailəsi ABŞ-nin Texas ştatına köçüb.
Bella Porç 2020-ci ilin yanvarında TikTok hesabı açdı. 2020-ci ilin aprelindən etibarən oyun və cosplay məzmunlarında TikTok-da aktiv olaraq videolar paylaşdı. 2020 avqust ayında — 18 yaşında ingilis reper Milli B-nin "Soph Aspin Send" mahnısına dodaq sinxronzasiyası etdiyi TikTok videosu ən çok bəyənilən TikTok videoları siyahısında birinci sıraya çatmışdır.[4][5][6] Həmçinin 7 iyun 2021-ci ildə TikTok platformasında 71.9 milyondan çox izləyici ilə ən çok izləyicisi olan Çarli Damelio və Addison Raedən sonra ən çox izlənən üçüncü şəxs olmuşdur.[7][8]
14 may 2021-ci ildə sinql "Build a B*tch" mahnısını yayımladı.[9] Bu mahnı Warner Records tərəfindən "tarixin ən böyük çıxışı" olaraq adlandırıldı.[10] 100 Thieves adlı YouTube kanalının yayımladığı podkastların bir hissəsində mahnısının uşaqlığında yaşadığı şiddətlərə əsaslandığı deyilmişdir.[11]
Bella Porç 2020-ci ildə geyimlərini "RIPNDIP x Paca" adı altında bazara çıxardı.[12]
Bella Porç ABŞ Hərbi Donanmasının qazisidir. 2015-ci ildə donanmaya qatılaraq Yaponiyada bir neçə il xidmət etmişdir.[13]
Bella Porç AAPI (Asiyalı amerikalılar və Sakit okean adalıları) cəmiyətinin üzvü olaraq Asiya cəmiyyətinə qarşı nifrətlərin artması səbəbi ilə asiyalılara edilən irqçiliyə qarşı göstərilən mübarizəyə qarşı dəstəyini açıq-aydın şəkildə ifadə etmişdir. 19 mart 2021-ci ildə həmin mövzu ilə əlaqədar danışmaq və izləyicilərinə bildirmək üçün TikTok-da video paylaşdı.[14]
Bella Porç Kokucisu-kiyə oxşar döyməsi olduğu üçün tənqid edilmişdir. Bu döymə bir zamanlar Cənub-şərqi və Şərqi asiyalılara qarşı aqressiv münasibət bəsləyən Yaponiya ordusunun müxtəlif vaxtlarda və müxtəlif yerlərdə istifadə etdiyi simvol idi. Bella Poarch bunun üçün 2020-ci ilin sentyabrında üzr istədi və bu hadisəni ört-badır etdi.[15][16]
İl | Sinql |
---|---|
2021 | INFERNO |
2021 | Build a B*tch |