Ben-Sion Meyr Hay Uziel

Ben-Sion Meyr Hay Uziel
Doğum tarixi 23 may 1880(1880-05-23)[1]
Doğum yeri
Vəfat tarixi 4 sentyabr 1953(1953-09-04)[1] (73 yaşında)
Vəfat yeri
Fəaliyyəti ravvin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ben-Sion Meyr Hay Uziel (ivr.בן ציון מאיר חי עוזיאל‏‎; 23 may 1880[1], Qüds[2]4 sentyabr 1953[1], Qüds) – 1939–1948-ci illərdə Fələstin mandatının, 1948–1953-cü illərdə İsrailin baş ravvini. Səfərad yəhudilərinə mənsub olmuşdur.

Ben-Sion Meyr Hay Uziel 23 may 1880-ci ildə Qüds şəhərində doğulmuşdur. Atası Cozef Rafael Uziel Qüds şəhərində səfərad icmasının baş ravvini idi.[3]

Uziel 1911-ci ildə Yaffa şəhərindəki səfərad icmasının ravvini təyin olunmuşdur. Lakin təqib edilən yəhudilərə kömək etdiyi üçün Birinci Dünya müharibəsi zamanı türklər tərəfindən sürgün edilmişdir. 1921-ci ildə Salonikinin baş ravvini təyin olunmuş, 1923-cü ildə Tel-Əvivin baş ravvini olmaq üçün Fələstinə qayıtmışdır. 1939-cu ildə İsrail Torpağının baş ravvini təyin olunmuşdur. O, Yəhudi Milli Məclisinə seçilmiş və Yəhudi Agentliyinin qurulduğu sessiyalarda iştirak etmişdir.

Britaniya mandatı dövründə yəhudi icmasını dəfələrdə BMT-də təmsil etmişdir. 1946-cı ildə Fələstin sualı cavab axtaran İngilis-Amerikan Komitəsi üçün şahidlik etmişdir.

Uziel İsrail dövlətinin halaxik şaxələnməsi haqqında əsərlər yazmışdır. O, yəhudilərin Tövrata və əmrlərə sadiq qalmasının vacib olduğunu demişdir. Uziel demişdir ki, yəhudilər Tövrata olan öhdəliklərindən əl çəksələr, milli kimlik altında artıq birləşmiş olmayacaqlar. 1948–1949-cu illərdə Şabbata qarşı hörmətsizliklə bağlı keçirilmiş ravvin etirazlarına qatılmış, Şabbatın keçirilməsinin vacibliyi haqqında nitq söyləmişdir.[4]

Uziel qadınların seçkilərdə iştirak edə biləcəyini, hakim kimi seçilə biləcəklərini, sağlamlıq məqsədləri üçün doğuma nəzarət vasitələrindən istifadə edə biləcəklərini müdafiə etmişdir. Aşkenazi icmasının lideri Abraham İsaak Kuk ilə yaxından işləmişdir. Ərəb dilini səlis bilmiş, ərəblərlə yəhudilər arasında sülh münasibətlərinin olmasını istəmişdir.[4]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 The New Standard Jewish Encyclopedia (ing.). / C. Roth, G. Wigoder 4 NYC: Doubleday, 1970. P. 1917.
  3. "Rabbi Ben-Zion Meir Hai Ouziel". The Shalvi/Hyman Encyclopedia of Jewish Women (ingiliscə). 23 iyun 2021. 26 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2024.
  4. 1 2 "Embracing Tradition and Modernity: Rabbi Benzion Meir Hai Uziel". Yəhudi İdeyalar və İdeallar İnstitutu (ingiliscə). 2024-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]