Bencamin Edvard Mira Stiller (30 noyabr1965[1][2][…], Nyu-York, Nyu-York ştatı[7]) — Amerikalı aktyor, komediyaçı və rejissor. O, komediya ustaları Cerri Stiller və Enn Miranın oğludur.[8] Stiller "Frat Pack" kimi tanınan məşhur komediya aktyorlarından ibarət olan qrupdandır. Stillerin çəkildiyi filmlər Kanada və ABŞ-dən 2,6 milyard dollardan çox gəlir əldə edib, hər filmi orta hesabla 79 milyon dollar gəlir gətirib.[9] Uğurlu karyerası boyunca o, "Emmi", çoxsaylı "MTV Film" mükafatları, "Britanniya" və "Yeniyetmələrin Seçimi" mükafatı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülmüşdür.
Bencamin Edvard Mira Stiller 30 noyabr 1965-ci ildə Nyu-York şəhərində doğulub.[10][11][12] O, şəhərin Yuxarı Qərb tərəfində (ing.Upper West Side) böyüyüb.[13] Onun atası komediyaçı Cerri Stillerin valideynləri Polşa və Qalisiyadan ABŞ-ə köçmüş yəhudilərdir.[14][15][16] Stillerin anası Enn Mira İrlandiya katoliklərindədir və onun atası ilə evləndikdən sonra İudazim dinini qəbul etmişdir.[17][18][19][20] Onlar dindar olmasa da, Hanukka və Milad bayramlarını qeyd edirdilər.[21] Stiller yəhudi ənənəsinə uyğun olaraq 13 yaşında Bar Mitsva mərasimini keçirmişdir.[22][23][24]
↑Wallace, Debra. "Stiller 'softy' in real life". Jewish News of Greater Phoenix. November 19, 1999. December 11, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 29, 2009.