Benzimidazol | |
---|---|
Ümumi | |
Sistematik adı | Benzimidazol |
Kimyəvi formulu | C7H6N2 |
Molyar kütlə | 118,14 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,8786 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 170-172 °S |
Qaynama nöqtəsi | 360 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 51-17-2 |
PubChem | 5798 |
RTECS | DD5425000 |
ChEBI | 41275 |
ChemSpider | 5593 |
Benzimidazol — benzol və imidazol həlqəsindən ibarət azot tərkibli aromatik heterotsiklik birləşmədir.
Benzimidazol amfoter xassələr göstərir. Bəzi keçid metallarla (Ag, Cu) ammonyak məhlulunda duzlar əmələ gətirir.
Imidazol həiqəsinin tautomer forması nəticəsində benzimidazolun benzol həlqəsinə görə 4–7 və 5–6 vəziyyətləri benzimidazola ekvivalentdir:
Benzimidazol alkilhalogenidlərlə və alkilsulfatlarla alkilləşərək əvvəl 1-alkilbenzimidazol, sonra isə 1,3-dialkilbenzimidazol duzları əmələ gətirir. Eləcə də benzimidazol formaldehid və ikili aminin təsiri ilə aminometilləşir. Benzimidazol azot və sulfat turşularının qarışığı ilə asanlıqla nitratlaşır , müvafiq olaraq 5-nitrobenzimidazol , 5 — və 6-benzimidazolsulfoturşusu əmələ gətirir. Kükürdlə ərimə zamanı benzimidazol-2-tion əmələ gətirir.70% sulfat turşusunda kalium xromatla oksidləşir və dikarbon turşusunun 4,5 — imidazol birləşməsinin əmələ gətirir.
Benzimidazolun bir sıra törəmələri tibbdə dərman preparatı kimi (dibazol, omeprazol, mebendazol) istifadə edilir.