Benzotriazol | |
---|---|
| |
Ümumi | |
Kimyəvi formulu | C6H5N3 |
Molyar kütlə | 119,13 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 96—98,5 °S |
Qaynama nöqtəsi | 350 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 95-14-7 |
PubChem | 7220 |
RTECS | DM1225000 |
ChEBI | 75331 |
ChemSpider | 6950 |
Benzotriazol (azimidobenzol) — kimyəvi formulası C6H5N3 olan heterosiklik üzvü birləşmədir.
Benzotriazol – rəngsiz və ya ağ(hərdən tünd gəhvəyi) rəngdə olan kristaldır
1.2.3 benzotriazolu o- fenilendiaminin diazotlaşma reaksiyası zamanı almaq olar.
Eynilə o-fenilendiaminlərdən 1 əvəzedici törəmələr alınır, 2 əvəzedici törəmələr isə o-aminazo- birləşmələrin oksidləşməsi reaksiyası zamanı əldə etmək olar.
Benzotriazol spirtlərdə, benzolda, toluolda, metanolda yaxşı, suda isə praktiki olaraq həll olunmur. Benzotriazol amfoter xüsusiyyətləri nümayiş etdirir.
Benzotriazolun alkillləşməsi reaksiyası 1-ci vəziyyətdə baş verir, alkilləşmə agentinin həddin- dən artıq olması ilə 1,3-dialkilbenzotriazolun duzları alınır. Elektofil əvəzetmə 4 və ya 7 vəziyyətdə turş mühitdə baş verir. Perxlorat və kalium permanqanatla reaksiyası zamanı 1,2,3-triazol-4,5-dikarbon turşusu alınır.
Benzotriazol analitik kimyada kadmiyumu və nikeli təyin etmək üçün, mis (II), gümüş (I), sink (II), osmium (VIII) birləşmələrinin qravimetrik təyini zamanı və gümüşün titrimetrik təyin edilməsi üçün istifadə olunur. Sənayedə korroziya inhibitoru kimi istifadə olunur. Benzotriazolu yağlayıcı–soyuducu maddələrdə, antifrizlərdə, hidravlik mayelərdə istifadə edərək metalların birləşmələrin içinə daxil olmasının qarşısını alaraq parçalanmasına yol vermir.