Berfin Altan

Berfin Altan
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 2003
Doğum yeri
İdman növü Qolbol
Medallar
10 sentyabr 2024 tarixində yenilənib.

Berfin Altan (2003, Dənizli) ― görmə məhdudiyyəti olan türk qolbolçu. O, 2021 IBSA Avropa Qolbol Çempionatında mübarizə aparmış Türkiyə milli komandasının üzvü olub.[1]

Altan Türkiyənin Dənizli şəhərində yerləşən “Durmuş Ali Çoban Anadolu Lisesi” kor və görmə məhdudiyyətlilər məktəbinin orta məktəb şagirdi və məktəbin qolbol komandasının üzvü olub.[1][2]

O, ilk öncə şahmat və cüdo ilə məşğul olmuş, daha sonra 2016-cı ildə qolbol oynamağa başlamışdır. 2018-ci ildən Türkiyə qadın milli qolbol komandasının düşərgələrinə çağırılıb. Türkiyənin Samsun şəhərində keçirilən 2021 IBSA Goalball Avropa Çempionatında iştirak etmiş, gümüş medal qazanmışdır.[3][4]

  1. 1 2 "Göz Muayeneleri" (türk). Görme Engelliler Spor Federasyonu. 13 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2021.
  2. "Golbol Kadın Milli Takımı oyuncusu Berfin Altan, okulunun gururu oldu". Fanatik (türk). 26 April 2021. 13 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2021.
  3. Lloyd, Owen. "Turkish women continue fine form at IBSA Goalball European Championships A with demolition of Germany". In the Games. 10 November 2021. 25 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2021.
  4. "Golbol Avrupa Şampiyonası'nda Türkiye gümüş madalya kazandı". Cumhuriyet (türk). 12 November 2021. İstifadə tarixi: 13 November 2021.