Berilium nitrat | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | Be(NO3)2 |
Molyar kütlə | 133,021982 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,56 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 60 °S |
Parçalanma temperaturu | 100 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 13597-99-4 |
PubChem | 26126, 3386529 |
BMT nömrəsi | 2464 |
ChemSpider | 24337 |
Berilium nitrat - Be(NO3)2 formuluna malik kimyəvi birləşmədir. Berilium və nitrat turşusunun orta duzudur.
Berilium nitrat – bərk kristal maddədir. Suda yaxşı həll olunur (107 q/100 ml 20 0C –də). Birləşmə müxtəlif tərkibli kristalhidratlar şəklində mövcuddur. Qatı HNO3 əlavə edildikdə Be(NO3)2•4H2O və ya [Be(H2O)4](NO3)2) tetrahidrat sulu məhlullardan ayrılır. Be(NO3)2•3H2O trihidrat (xüsusilə 54% HNO3 olan məhlullardan kristallaşır) və Be(NO3)2•2Н2O dihidrat da məlumdur.
Berilium nitratı berilium oksid və ya berilium hidroksidin nitrat turşusu ilə və ya mübadilə reaksiyası zamanı almaq olar:
Berilium nitrat digər nitratlar kimi mübadilə reaksiyalarının əksəriyyətinə daxil olur. Qələvi metalların karbonatları, sulfidləri və ammonium ilə reaksiyaya daxil olaraq berilium hidroksid alınır:
Berilium nitrat sulu məhlullarda qismən hidrolizə uğrayır və əsası nitrat alınır:
1000 0C –də termiki parçalanma baş verir və berilium oksid,oksigen, azot oksidləri alınır:
Əvvəllər, elektrik işıqlandırmanın geniş yayılmadığı dövrdə berilum nitratı, qaz ilə işləyən lampaların qapaqlarını hazırlamaq üçün istifadə edirdilər.