Besboro adası | |
---|---|
ing. Besboro Island | |
Ümumi məlumatlar | |
Uzunluğu |
|
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
64°07′12″ şm. e. 161°18′35″ q. u.HGYO | |
Ölkə |
![]() |
Ştat | |
Akvatoriya | |
Besboro adası (ing. Besboro Island) — Berinq dənizinin Norton körfəzindəki kiçik ada. Alyaska sahillərindən 18 km qərbdə yerləşir. Adanın uzunluğu təxminən 3 km, eni isə 800 m-dir. Dəniz səviyyəsindən maksimum hündürlüyü 242 m-dir[1]. İnzibati cəhətdən ABŞ–ın Alyaska, Nom siyahıyaalma sahəsinə aiddir.
Adanın adını 1778-ci il sentyabrın 12-də Besboro adası kimi qeyd edən ingilis naviqatoru Ceyms Kuk olmuşdur[1]. Ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.