Bestseller

Bestseller (ing. bestseller — ən yaxşı satılan) — bir sıra xarici ölkələrdə böyük tirajla çap olunub, tez satılan kitab, kompüter oyunu. "Bestseller" termini satılan kitabın nə bədii dəyərini, nə də kitabın çap keyfiyyətini müəyyən etmir. O sadəcə kitabın satıldığı dövrdə populyarlığını göstərir.

Filmin populyarlığına blokbaster, musiqinin populyarlığına isə hit deyilir.

"Bestseller" termini ilk dəfə 1889-cu ildə işlədilib. Kitabların böyük tirajla satılması fenomeni ondan əvvəllər də məlum idi. Ancaq kitabların müəlliflik məsələsi və satışın vəziyyəti haqqında gec məlumat bestsellerlik yarada bilmirdi.

Bestsellerliyin əhəmiyyəti

[redaktə | vikimətni redaktə et]

Bestseller informasiyasında naşirlər və uğurlu kitab müəəlifləri çox maraqlıdırlar. Bəzən bu informasiyanın yayılmasında və tədqiqatın aparılmasına onlar xüsusi vəsait də ayırırlar. Araşdırmalar göstərir ki, bestsellər haqqında KİV informasiyası oxucuların da kitab dünyasında düzgün seçiminə kömək edir.

Müasir vəziyyət

[redaktə | vikimətni redaktə et]

Bestseller kitablar bir sıra hallarda bədii və keyfiyyət göstəricilərinə görə də bölünür. Bu oxucu tələbatını qiymətləndirməsi üçün edilir. Həmçinin hal-hazırda qalın və nazik üzlüklü kitablar üçün də bestsellerlik analizi edilir.Bir qayda olaraq ilk tiraj qalın üzlüklü buraxılır. Sonradan az imkanlı təbəqə üçün nazik üzlüklü və aşağı qiymətli kitablar buraxılır. Bəzən qalın üzlüklü kitab yaxşı satılarsa nazik üzlüklü kitab ya az buraxılır,ya da heç buraxılmır.

Dünya ölkələrinin təcrübəsi

[redaktə | vikimətni redaktə et]

Müxtəlif ölkələrdə bestsellerliyin müxtəlif səviyyəsi var. Məsələn, bunun üçün Böyük Britaniyada həftədə 4000, Kanadada isə həftədə 5000 kitab satılmalıdır.

  • Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Maarif, 1978, səh. 21.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]