Betula alleghaniensis

Betula alleghaniensis
Elmi təsnifat
Beynəlxalq elmi adı

Betula alleghaniensis (lat. Betula alleghaniensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Şimali amerikada yayılmışdır.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

İri gövdələrinin hündürlüyü 30 m-ə çatır, rəngi gümüşü-boz və ya açıq-narıncı, qoca gövdələrdəqırmızı-qonur qabıqları vələsin yarpaqlarına oxşayır. Cavan ağacların qabığı sıx, piramidal, yaşlandıqda yumru, çox vaxt əyri formalı olur. Yarpaqların uzunluğu 12 sm-ə çatıb, növbəli, bütöv, kənarları dişli, oval, açıq-yaşıl, payızda intensiv sarı rəngli olur. Sarı tozağacı toxumlarla çoxaldılır.

Torpağa tələbkar deyil, kölgəyə davamlıdır; zərərvericilərə gec yoluxur, uzun ömürlüdür. Quraqlığa dözmür.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

300 ilə qədər yaşayır. Mədəni şəraitdə becərilməsi 1767-ci ildən məlumdur. Abşeronda, Gəncədə, Qəbələdə əkilir.

Dekorativ bitkidir. Tək, qrup və alleya əkinləri üçün yararlıdır.