Beynəlxalq Nəşriyyat Assosiasiyası (ing. International Publishers Association, abr: IPA) kitab və jurnal nəşrində iştirak edən beynəlxalq nəşriyyat sənayesinin milli nəşriyyat ittifaqları federasiyasıdır. 1896-cı ildə nəşriyyatı təbliğ etmək və müdafiə etmək, habelə iqtisadi, mədəni və siyasi inkişaf kontekstində nəşriyyatla bağlı informasiyanı artırmaq üçün qeyri-kommersiya məqsədli bir qeyri-hökumət təşkilatı olaraq yaradılmışdır. IPA, senzuraya qarşı fəal şəkildə mübarizə aparır və müəllif hüquqları, savadlılığı və nəşr azadlığını təbliğ edir.[1][2]