Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı | |
---|---|
Yaranma tarixi | 1952 |
Rəsmi dili | ingilis dili |
Sədr | Con Ginovard |
iubmb.org |
Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı (ing. International Union of Biochemistry and Molecular Biology) — beynəlxalq qeyri hökumət təşkilatı. Beynəlxalq Biokimya İttifaqı kimi 1955-ci ildə yaradılmış, 1991-ci ildən indiki adı ilə fəaliyyət göstərməkdədir. 1955-ci ildən Beynəlxalq Elm üzrə Şuraya daxildir. İttifaqın əsas vəzifəsi dünyadakı ən yeni nailiyyətləri nəzərə almaqla biokimya və molekulyar biologiya sahəsində tədqiqatların və təhsilin inkişafına kömək etməkdir.
2010-cu ilin məlumatlarına görə 77 ölkənin alimlərini özündə birləşdirir. İttifaq 3 ildən bir biokimya və molekulyar biologiya üzrə tədqiqatların bütün əsas istiqamətlərinin təqdim olunduğu beynəlxalq konqreslər keçirir. 1992-ci ildən konqreslərin çağırış dövrləri arasında konfranslar və xüsusi müşavirələr keçirilir.
İttifaq işçi müşavirələrini təşkil və himayə edir, inkişaf edən ölkələrin gənc tədqiqatçıları üçün maarifləndirici proqramlar yaradır, biokimyəvi nomenklaturanın qəbul olunmuş standartları haqqında məlumat nəşr etdirir. Maliyyələşməsinin əsasını ittifaqın üzvlərinin üzvlük haqları və sponsor yardımı təşkil edir.
İttifaq regional biokimya cəmiyyətləri ilə sıx əməkdaşlıq edir. Bütün bu cəmiyyətlər formal olaraq ittifaqın şöbələridir və ondan maliyyə yardımı alır. İttifaq bir sıra jurnalların nəşrinə kömək edir.
Sıra. | Müddət | Prezident | Ölkə |
---|---|---|---|
18. | 2015-… | Con Ginovard | İspaniya |
17. | 2012–2015 | G. Petsko | ABŞ |
16. | 2007–2012 | A. Azzi | ABŞ |
15. | 2006 | G. Kenyon | ABŞ |
14. | 2003–2006 | M. Osborn | Almaniya |
13. | 2000–2003 | B.F.C Clark | Danimarka |
12. | 1997–2000 | W.J. Whelan | ABŞ |
11. | 1994–97 | K. Yagi | Yaponiya |
10. | 1991–94 | H.L. Kornberg | Birləşmiş Krallıq |
9. | 1988–91 | E.C. Slater | Niderland |
8. | 1985–88 | M. Grunberg-Manago | Fransa |
7. | 1979–85 | H.G. Wood | ABŞ |
6. | 1979 | F. Lynen | Almaniya |
5. | 1976–79 | Aleksandr Baev | Rusiya |
4. | 1973–76 | Osamu Hayaishi | Yaponiya |
3. | 1967–73 | A.H.T. Theorell | İsveç |
2. | 1961–67 | S. Ochoa | ABŞ |
1. | 1955–61 | M. Florkin | Belçika |