1 May bayramı | |
---|---|
![]() | |
Rəsmi adı | Beynəlxalq Əmək Günü |
Həmçinin adlandırılır | Beynəlxalq işçilər günü |
Qeyd olunmağa başlayıb | 1889[1] |
Həsr olunub | işçi[d], İşçi, əmək |
Tarix | 1 may |
![]() |
Beynəlxalq Əmək Günü (Bir may bayramı və ya Əmək bayramı) — Bir çox ölkələrdə 1 May tarixində qeyd olunan bayram.[2]
Bir may bayramının tarixi 19-cu əsrin sonları Çikaqo şəhərində işçilərin tətillərə başlamasından qaynaqlanır.[3] Fəhlə hərəkatı olan bu tətillərin başlaması 1886- cı ilə təsadüf edir və Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhərlərində Həmkarlar ittifaqı tətili ilə davam edərək Çikaqoda işçilərin şərtlərinin daha da sərt olduğu üsyanla başa çatır.[4] Əsas tələb işçilərin 12 saatdan çox olan iş rejiminin 8 saata endirilməsi idi.
Əslində ABŞ qanunlarında hələ bundan bir neçə il əvvəl artıq 8 saatlıq iş günü tanınmışdı, lakin nə işəgötürənlər, nə də bir çox ştatların hökumətləri bu qanuna əməl edirdi. Ölkənin ən güclü həmkarlar ittifaqları bu vəziyyətə son qoymaq üçün tətil vasitəsilə təzyiq göstərməyə qərar verdilər.[5]
Mayın 1-i başlayan tətil hərəkatı bir neçə gündən sonra Haymarket üsyanı kimi tanınan üsyana çevrildi. Tətil edənlərə qarşı repressiyalara başlanıldı, bir çoxları işdən azad olundu. Ən böyük iğtişaşlar Çikaqo şəhərində özünü göstərdi.[6] Polislə etirazçılar arasında yaranmış gərginlik nəticəsində onlarla insan həyatını itirdi.[7] Mübahisəli məhkəmə proseslərində həmkarlar ittifaqı üzvlərindən beşi ölüm cəzasına məhkum edildi və sonra edam edildi.[8] Onlar Çikaqo və ya Haymarket Şəhidləri kimi xatırlanırlar.[4]
1889-cu ilin iyulunda Parisdə toplanan İkinci İnternasionalın[9] Birinci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini ümümxalq bayramı kimi qeyd etmək qərara alındı.[10] Bu konqresdə ABŞ və Avropada o zaman mövcud olan bütün milli fəhlə və sosialist təşkilatlarından 393 nümayəndə iştirak etdi. Qurultay fəhlə sinfinin iqtisadi və siyasi mübarizəsinin birləşdirilməsi məsələsinə xüsusi diqqət yetirirdi və sosialist partiyalarının yaradılmasının zəruriliyi ortaya qoyuldu. Qəbul olunmuş qətnamədə əsas tələblərdən ən başlıcası olan 8 saatlıq iş gününün tətbiqi öz əksini tapdı.[11]
Bir May bayramı hazırda bir çox ölkələrdə fərqli qeyd olunur. Bəzi ölkələr bu günü zəhmətkeşlərin günü kimi deyil, yazın gəlişi, gözəllik və sevgi günü kimi qeyd edirlər.[12]
Bu ölkədə 1 may daha çox gül bayramı olaraq qeyd edilir. Kilsə və məbədlər güllərlə bəzədilir. Küçələrdə mahnılar oxunur və atəşfəşanlıq təşkil edilir.
Fransada da insanlar bir-birinə gül çiçək hədiyyə edirlər, lakin bu ölkədə 1 may tarixi zəhmətkeşlərin yürüşü ilə müşahidə olunur, hətta bəzən toqquşmalar da yan keçmir.[13]
1977-ci ildən 1 May bu ölkədə rəsmi bayram günü olaraq qəbul edilib. O zamankı höküməti təşkil edən Leyboristlər Partiyası bu günü bayram olaraq elan etmişdi.[14]
1980-ci il hərbi çevrilişindən sonra 1 May bayramı bu ölkədə ləğv edildi. Lakin minlərlə insan Türkiyənin əsas böyük şəhərlərində nümayişə çıxmaqla hökumət onlara güzəştə getməsinə nail olublar.[12]
SSRİ dağıldıqdan sonra 1992-ci ildə hakimiyyətdə olan prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu.[15][16]