şəhər | |
Bhavnaqar | |
---|---|
ing. Bhavnagar | |
21°45′54″ şm. e. 72°08′13″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Tabesində | Qucarat |
Region | Bhavnaqar |
Başçı | Nimuben Bambhania |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1723 |
Sahəsi | 108.27 km² |
Mərkəzin hündürlüyü | 24 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 593,768 nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+91)278 |
Poçt indeksləri | 364 001, 364 002, 364 003, 364 004, 364 005, 364 006 |
Nəqliyyat kodu | GJ-04 |
Vikianbarda əlaqəli mediafayllar |
Bhavnaqar — Hindistanın qərbində, Qucarat ştatında şəhər.[1]
Əhalisi 566 min (2006) nəfərdir.[1]
Kathiyavar yarımadasının cənub-şərqində, Ərəbistan dənizinin Kambey körfəzi sahilində port (aztonnajlı gəmilər üçün). Bhavnaqarın 10 km-liyində iritonnajlı gəmilər üçün yeni liman (yük dövriyyəsi ildə 1,8 milyon t) inşa edilmişdir.[1]
Şəhər 1723-cü ildə salınmışdır. 1947-ci ilədək Bhavnaqar knyazlığının paytaxtı olmuşdur.[1]
Dəniz Kimyəvi Maddələri və Duzları Mərkəzi Elmi Tədqiqat İnstitutu (1951; 1954-cü ildən Bhavnaqardadır), universitett (1979), Samaldas kolleci (M.K. Qandi bu kollecdə oxumuşdur), Barton kitabxanası (1895), M.K. Qandi memorialı (“Qandi Smriti”; 1955; nəzdində kitabxana və muzey) var.[1]
Kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (əsasən, pambıq). Toxuculuq (pambıq parça, ipək), yeyinti, kimya (o cümlədən mineral gübrələr) sənayesi, maşınqayırma müəssisələri fəaliyyət göstərir. Gəmi təmiri; sahildə duz çıxarılır.[1]