Bifidobakteriyalar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Bifidobakteriyalar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bifidobakteriyalar (Bifidobacterium) – Bifidobakteriyaların böyüməsi üçün paraaminobenzoik turşusu və pantoten turşusu lazımdır.
İnsan bədənində bifidobakteriyaların funksiyaları:
bağırsaq mukozası ilə birləşmə yolu ilə bağırsaq bariyerinin mikrobların və toksinlərin bədənin daxili mühitinə nüfuz etməsindən fizioloji qorunması həyata keçirilir; üzvi yağ turşularının hazırlanması hesabına patogen və şərti patogen mikroorqanizmlərə qarşı yüksək antaqonist aktivliyə malikdir; qida substratlarının utilizasiyasında və əlavə həzmin aktivləşdirilməsində iştirak edirlər; amin turşuları və zülalları, vitamin K, B qrupunun vitaminləri sintez olunur: B1 — tiamin, B2-riboflavin, B5-pantoten turşusu, B3-nikotin turşusu, B6-piridoksin, B9-folik turşusu; kalsium, dəmir, vitamin D ionlarının bağırsaq divarlarından absorbsiya proseslərinin gücləndirilməsinə kömək edir.
Bifidobakteriyalar üçün vitaminlər zəruridir, lakin müxtəlif növlər vitaminlərə olan tələbatına görə bir-birindən fərqlənir. Belə ki, B.bifidum, B.lonqum, B.infantisin üstünlük təşkil etdiyi insan bağırsaqlarından alınmış Bifidobakteriyaların bütün ştamlarının yalnız riboflavinə (B2 vitamini) ehtiyacı var. Bifidobakteriyalar müxtəlif ağartı məhsullarının istehsalında istifadə olunur.