Bifonazol

Bifonazol
Ümumi
Kimyəvi formulu C₂₂H₁₈N₂[1]
Molyar kütlə 310.392 г/моль q/mol
Təsnifatı
CAS-da qeyd. nöm. 60628-96-8
PubChem
ChEBI 78692
ChemSpider

Bifonazol - (digər adı Canespor [1]) məlhəm şəklində istifadə edilən imidazol antifungal dərmandır. 1974-cü ildə patentləşdirilmiş və 1983-cü ildə tibbi istifadə üçün təsdiq edilmişdir. [2] Onikomikozun müalicəsi üçün karbamid ilə birləşmələri də mövcuddur.

Mənfi təsirləri

[redaktə | mənbəni redaktə et]

Ən çox görülən mənfi təsiri tətbiq olunan nahiyədəki yanma hissidir. Həmçinin qaşıntı, egzema və ya dəri quruluğu kimi digər əlavə təsirlərə də səbəb olur. [3] Bifonazol laboratoriya şəraitində təsirli bir aromataza inhibitorudur. [4] [5]

Farmakologiyası

[redaktə | mənbəni redaktə et]

Fəaliyyət mexanizmi

[redaktə | mənbəni redaktə et]

Bifonazol ikili fəaliyyət rejiminə malikdir. HMG-CoA inhibisyası ilə birlikdə 24-metilendihidrolanostirolun desmetilstirola çevrilməsi iki nöqtədə göbələklərin ergosterol biosintezinə mane olur. Bu, dermatofitlərə qarşı funqisid xassələrini təmin edir və bifonazolu digər antifungal dərmanlardan fərqləndirir. [3] [6]

Farmakokinetikası

[redaktə | mənbəni redaktə et]

Tətbiqindən altı saat sonra bifonazolun qatılığı epidermisin xarici təbəqəsində 1000 µg / sm³ , dermisin ən üst təbəqəsində 5 µg / cm³-dir. [3]

  1. International Drug Names: Bifonazole.
  2. ^ Fischer J, Ganellin CR (2006). Analogue-based Drug Discovery. John Wiley & Sons. p. 502. ISBN 9783527607495.
  3. ^ Jump up to:a b c Haberfeld H, ed. (2015). Austria-Codex (in German). Vienna: Österreichischer Apothekerverlag. Canesten Bifonazol-Creme.
  4. ^ Trösken ER, Fischer K, Völkel W, Lutz WK (February 2006). "Inhibition of human CYP19 by azoles used as antifungal agents and aromatase inhibitors, using a new LC-MS/MS method for the analysis of estradiol product formation". Toxicology. 219 (1–3): 33–40. doi:10.1016/j.tox.2005.10.020. PMID 16330141.
  5. ^ Egbuta C, Lo J, Ghosh D (December 2014). "Mechanism of inhibition of estrogen biosynthesis by azole fungicides". Endocrinology. 155 (12): 4622–8. doi:10.1210/en.2014-1561. PMC 4239419. PMID 25243857.
  6. ^ Berg D, Regel E, Harenberg HE, Plempel M (1984). "Bifonazole and clotrimazole. Their mode of action and the possible reason for the fungicidal behaviour of bifonazole". Arzneimittel-Forschung. 34 (2): 139–46. PMID 6372801.
  1. bifonazole (ing.).