Biliran adası | |
---|---|
seb. Lalawigan sa Biliran taqal Biliran | |
Ümumi məlumatlar | |
Sahəsi | 555,5 km² |
Əhalisi | 161.760 nəfər (2010-cu il) |
Yerləşməsi | |
11°29′00″ şm. e. 124°29′00″ ş. u.HGYO | |
Ölkə | Filippin |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Biliran adası (seb. Lalawigan sa Biliran, taqal Biliran)- Filippin adalarına daxildir.
Şərqi Visayi regionuna daxildir. Leyte adasından bir neçə km məsafədə yerləşən. İnzibati paytaxtı Naval şəhəridir. Biliran ölkənin kiçik bir əyalətlərindəndir. 1992-ci ildə Leyte əyalətinə daxil idi. Sahəsi-555,5 кm² (ölkənin ən balaca 4-cü adasıdır). Əsas Biliran adasından başqa bir neçə adanı da özündə birləşdirir. Belə ki, onlardan Maripipi və bir çox başqa məskunlaşmamış adaları göstərə bilərik. Adanın əsas hissəsini dağlar təşkil edir. Əyalətin ən hündür nöqtəsi Suiro dağıdır (1300 m). Həmçinin burada yeganə tarixi püskürməsi 1939-cu ildə olan Biliran vulkanıdır.
2010-cu ilin statistik göstəricilərinə əsasən adanın əhalisi 161 760 nəfər olmuşdur. Əhalinin 58%-i varay dilində danışır. Həmçinin burada sebuan və taqal dillərində də danışırlar.
8 inzibati vahidə bölünür.