Bioloji terror – siyasi və maddi xarakterli məqsədlərə çatmaq üçün təhlükəli bioloji aqentlərdən istifadə edərək insanların həyat və sağlamlıqlarına vurulan ziyandır.
Bioloji terror hələ qədim zamanlardan mövcud olmuşdur: müharibələr vaxtı su quyularının zəhərləndirilməsi, mühasirəyə alınmış şəhərlərə müxtəlif xəstəliklər yayan quş və heyvanların ötürülməsi və s.
Bioloji müharibələrin və terrorizmin geniş vüsət alması XX əsrdə baş vermişdir. Bioloji terrorizmin genişlənməsində əsas səbəb kimi biotexnologiyalar üzrə mütəxəssislərin artmasını, bioloji və bakterioloji məhsulların daha asan yolla əldə edilə bilməsini göstərmək olar.
Bioloji silahın özünəməxsus xüsusiyyəti vardır: virusun yayılması müəyyən müddət hiss olunmur və bir müddətdən sonra ətrafdakı canlıların xəstələnməsi və məhv olması prosesi başlayır. Bioloji terrorda əsasən su, torpaq və hava zəhərlənməsi baş verir.