Biomimetika

Biomimetika - qədim yunan sözü olub BİOS həyat, MİMESİS imitasiya deməkdir. Biomimetika təbiətdə olan sistem və modellərin insanların çətin problemlərinin həlli üçün imitasiyasıdır. [1] [2] [3] Biomimetika makro və nano miqyasda vacib problemlərin həlli üçün yeni texnologiyaların hazırlanmasına imkan və şərait yaradır. İnsanlar daima həyatlarında olan problemlərin həlli üçün cavabı təbiətdə axtarır. Təbiət texniki problemləri özü həll edir: öz-özünə şəfa qabiliyyəti, ətraf mühitə təsir və müqavimət, hidrofobluq, tolerantlıq, günəş enerjisi və s.

Biomimetikanın ən erkən nümunələrindən biri insanların quşların uçuşunu öyrənməsi olmuşdur. Leonardo da Vinci (1452-1519) "Uçan maşın" yaratmağa heç vaxt nail olmasa da, quşların anatomiyasını və uçuşunu müşahidə etmiş və "uçan maşın" haqqında çoxsaylı qeydlər etmiş və öz müşahidələrinə əsasən eskizlər yaratmışdır.[4] Wright qardaşları isə 1903-cü ildə göyərçinlərin uçuşundan ilham alaraq ilk dəfə ağır uçan təyyarə yaratmışdılar.[5]

Biomimetika termin kimi 1950-ci ildə Amerika alimi biofizik Otto Şmidt tərəfindən istifadə olunmuşdur.[6] Bu, onun doktorluq dissertasiyası zamanı idi, o, kalmarın sinir sistemini izləyərək bu sistemə uyğun bir cihaz yaratmağa çalışmışdır. Alim bu sahədə 1957-ci ilə qədər yeni tədqiqatlar apararaq təbii sistemləri tədqiq edərək onları imitasiya edən yeni cihazlar yaratmış və “Biomimetik” termindən istifadə etməyə başlamışdı.

Analoji termin “Bionika” 1960-cı ildə Cek E Stil tərəfindən düşünülmüşdür. Stil bionikanı belə izah edirdi: “biaonika təbiət sistemlərindən və onların analoqlarından bəhrələnərək yaradılmış sistemlər haqqında elmdir”.

1974-cü ildə Şmitt tərəfindən istifadə edilmiş “biomimetika” termini Vebster lüğətinə daxil edilmişdi.

  1. Julian F.V Vincent, Olga A Bogatyreva, Nikolaj R Bogatyrev, Adrian Bowyer, Anja-Karina Pahl. Biomimetics: its practice and theory // J. R. Soc. Interface. 3(9). 2006. 471–482.
  2. "Что такое биомиметика?". 2023-07-03 tarixində arxivləşdirilib.
  3. Биомиметика в нанотехнологиях / Nanotechnology News Network, 2004.
  4. Francesca Romei. Leonardo da Vinci. Art Masters. Minneapolis: The Oliver Press. 2008. 56. ISBN 978-1934545003.
  5. Fred Howard. Wilbur and Orville: A Biography of the Wright Brothers. Mineola, New York: Dover Publications. 2011. 33. ISBN 978-0486402970.
  6. Schmitt O. Third Int. Biophysics Congress. 1969. Some interesting and useful biomimetic transforms. p. 297.