Bir gecədə baş verdi

Bir gecədə baş verdi
It Happened One Night
Janr Romantik, komediya
Rejissor Frank Kepra
Prodüserlər
Baş rollarda Klark Qeybl
Klodett Kolber
Bəstəkarlar Hovard Cekson
Luis Silvers
İstehsalçı Columbia Pictures
Distribütor Columbia Pictures, Netflix
İlk baxış tarixi 1934, 22 fevral 1934[4], 27 avqust 1934, 27 fevral 1934[4]
Filmin növü Bədii film
Müddət 105 dəq.[1]
Büdcə $325,000[2]
Gəlir $2,5 milyon[3]
$2 milyon (teatr icarəsi)
Ölkə ABŞ ABŞ
Dil İngilis
İl 1934
Rəng Ağ-qara
IMDb ID0025316
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Bir gecədə baş verdi" (ing. It Happened One Night) — 1934-cü ildə Frank Kepka tərəfindən çəkilmiş bu ABŞ filmi ekssentrik komediya elementlərindən istifadə olunan ilk filmdir. Filmdə varlı cəmiyyətdən olan ərköyün bir qızın (Klodett Kolber) atasına boyun əyməmək üçün evdən qaçması və bu səyahətdə fəndgir bir jurnalistə (Klark Qeybl) aşiq olması canlandırılır. Filmin süjeti Samuel Hopkins Adams tərəfindən 1933-cü ilin avqustunda qələmə alınan "Gecə avtobusu" (Night Bus) adlı qısa hekayəyə əsaslanır. AKFD-nın 1934-cü ildə 1930 istehsal kodu tətbiqinə başlamasından əvvəl çəkilmiş sonuncu romantik komediyalardan biridir.[5] Belə ki, film artıq 1934-cü ilin əvvəlində (22 fevral) nümayiş etdirilmişdi.

Bir gecədə baş verdi Oskarın Böyük 5 mükafatını (ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) alan ilk film idi. Bundan sonra bu mükafatlara cəmi iki film; Ququ quşu yuvasının üzərindən uçarkən (1975) və Quzuların səssizliyi (1991) layiq görülmüşdü. 1993-cü ildə Bir gecədə baş verdi ABŞ Milli Film Arxivində Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik əhəmiyyətinə görə" müdafiə üçün seçildi.[6] 2013-cü ildə film geniş bərpaya məruz qaldı.[7][8]

Son dərəcə varlı olan Aleksandr ərköyün və anasız böyümüş qızı Ellenin (Elli) sərvət ovçusu "Kral" Ustli ilə evlənməsinə qarşıdır. Atasının evliliyin ləğv edilməsi israrlarına görə Elli evdən qaçır və Nyu Yorka, yeni həyat yoldaşının yanına getməyi, daha sonra isə atasıyla onu görüşdürüb barışdırmağı planlaşdırır. Nyu Yorka gedən avtobusda o, işdən yenicə atılmış qəzet işçisi Piter Uorn ilə tanış olur. Elli kimliyini büruzə verməsə də Piter tezliklə onu tanıyır və ona belə bir təklif irəli sürür: Əgər Elli ona qəzet üçün xüsusi bir hekayə verə bilsə Piter onun həyat yoldaşının yanına sağ-salamat çatdıracaq. Əks halda, yerini atasına bildirəcəkdir. Elli Piterin təklifini qəbul edir.

Tezliklə, Ellinin bütün pulu tükənir və o, Piterə möhtac qalır. Onların başına bir neçə macəra gəlir. Bu macəralarda Elli Piteri daha yaxşı tanıyaraq ona olan ilkin kibiri getdikcə sevgiyə dönür. Pulu tükənən cütlük səyahətə davam etmələri üçün eyni yolla gedən maşında səyahət etməli olurlar. Piter maşın saxlatmaq mövzusunda bir ekspert olduğunu iddia etsə də heç bir maşın onun işarəsinə dayanmır. Bu halda Elli Piterə bunun necə ediləcəyini göstərir. Ətəyini dizindən yuxarıya çəkərək Danker adlı bir sürücünün maşınını saxlada bilir. Bir müddət sonra onlar fasilə üçün dayandıqda Danker Piterlə Ellini gözləmədən içində onların da əşyaları olan maşını sürür. Piter onu təqib edərək Dankeri tutur və əşyaları ondan geri almaqla bərabər Dankerin maşınını da aradan götürüb çıxır.

Səyahətin yekununa az qalmış, bir gecə Elli Piterə onu sevdiyini etiraf edir. Piter ilk başda Ellini rədd etsə də bir az götür-qoydan sonra onu sevməyə qərar verir və bəzi işləri yerinə qoymaq üçün Elli gecə yatarkən qısa müddətliyinə qaldıqları mehmanxananı tərk edir. Gecə mehmanxanın sahibəsi Piterin maşınının yerində olmadığını görür və pul ödəmədən onların aradan çıxacaqlarını düşünərək Ellini mehmanxanadan qovur. Piterin onu orada yalqız qoyub tərk etdiyini sanan Elli atasına zəng vuraraq onu gəlib götürməsini istəyir.

  1. "'It Happened One Night' (A)." Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine British Board of Film Classification, March 13, 1934. Retrieved: November 18, 2014.
  2. Rudy Behlmer, Behind the Scenes, Samuel French, 1990 p 37
  3. "Box Office Information for 'It Happened One Night'." Arxivləşdirilib 2014-04-19 at the Wayback Machine The Numbers. Retrieved: April 12, 2012.
  4. 1 2 IMDb (ing.). 1990.
  5. Brown 1995, p. 118.
  6. "National Film Registry." Arxivləşdirilib 2013-03-28 at the Wayback Machine Library of Congress. Retrieved: October 28, 2011.
  7. "Restoring the Frank Capra Classic, It Happened One Night." Arxivləşdirilib 2017-07-09 at the Wayback Machine CreativeCOW.net. Retrieved: April 16, 2014.
  8. "Colorworks completes brilliant 4K restoration of Frank Capra classic 'It Happened One Night'." Arxivləşdirilib 2014-04-19 at the Wayback Machine Shoot, November 18, 2013. Retrieved: April 16, 2014.